Daha bir etiraz aksiyası Ermənistanın hökumət binasının qarşısında keçirilib. SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, toplaşanların hər biri öz problemləri barədə məlumat verərək müvafiq qərar gözlədiklərini bəyan ediblər.
Məlumatda qeyd olunur ki, vətəndaşların bir qrupu, əsasən Rusiya Federasiyasının vətəndaşları, Rusiyaya birbaşa uçuşların təşkili üçün kömək istəyir. Nəzərə çatdırılır ki, onlar hökumət binasında, habelə Rusiyanın Ermənistandakı səfirliyində problemlə bağlı bir neçə dəfə bildiriblər, lakin xatırladılır ki, heç bir dəyişiklik baş verməyib, problemi də hələ həll olunmayıb.
Onların fikrincə, Ermənistan hakimiyyəti mövcud problemi bir çağırışla həll edə bilər.
"Qoy Gürcüstanla danışıqlar aparsınlar, sərhədləri açsınlar ki, insanları buraxsınlar. Axı, əksəriyyəti avtomobillərlə Ermənistana gəlib və özləri ilə birlikdə 1-2 nəfəri də gətirə bilərlər", deyə narazılıq edilir.
"Bizə söz verdilər ki, zəng edəcəklər və bizə kömək edəcəklər. Əslində bizi çağırmırdılar və zəng də etmirdilər. Tələbimiz Nikol Paşinyanın çıxıb bizimlə danışmasıdır", deyə Rusiya Federasiyasının vətəndaşı, hüquq müdafiəçisi David Arutyunyan jurnalistlərə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, bu məsələ indi həll olunmasa, bundan sonra, bu vaxtdan etibarən heç vaxt bir də Ermənistana gəlməyəcəklər. David Arutyunyan əvvəlki etirazlarında iştirak edənlərdən birinin öldüyünü də söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB