"Daxildəki 5-ci kolonun üzvləri düşmənin yararına olan hər işi etdilər" ÖZƏL-MÜNASİBƏT
"Radikal müxalifət‚ bəzi dini cərəyanlara qoşulmuş quruplar‚ xaricdə ölkəmizi hədəf almış söyüş çetesinin nümayəndələri olan əxlaqsızlar və daxildəki bilinən və bilinməyən 5-ci kolon üzvləri Dövlətçiliyimizi hədəf alıblar və bu anti-milli ünsürlər ölkəyə zərbə vurmağa çalışırlar. Cəbhədə erməni təxribatı başlayandan bunlar da ermənilərlə birgə Azərbaycana və ölkəyə qarşı hər formada hücuma keçdilər". Bunu SİA-ya açıqlamasında siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.
M.Məmmədov qeyd edib ki‚ biz hər zaman xalq və dövlət olaraq güclüyük və qüdrətliyik! Bütün Azərbaycan xalqı dinindən‚ inancından‚ milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bu gün dövlətimizə və ordumuza dəstək nümayiş etdirir‚ bütün Azərbaycan xalqı dövlətimizlə və ordumuzla həmrəyliyini göstərir: "İyulun 12-də Tovuz rayonunun Ağdam kəndi istiqamətində dövlət sərhədlərimizə düşmən tərəfindən təxribatçı hücumlar baş verərkən və mülki şəxslər atəşə tutulduğu zaman‚ bir nəfər 70 yaşlı mülki sakinimiz və biri general olmaqla hərbi rütbəli qulluqçularımız şəhid edilərkən‚ iki sinif kəsimi dövlətimizə‚ xalqımıza‚ şanlı ordumuza və şərəfli əsgərlərimizə dəstək ifadə etdiklərini görə bilmədik‚ radikal müxalifət və vaxtilə İranlı generalın ölümünə yas tutanları. Daim ölkəmizi təhdid edən iranlı terrorçu general öldükdə bütün günü ah-vay edən‚ bütün günü iranlı generalın şəkillərini paylaşıb yas tutanlar bu gün qətiyyən yoxdular. Sual olunur ki‚ qeyrətli və şərəfli bir Azərbaycan generalı‚ qeyrətli bir vətən oğlu‚ xalqın dəyərli övladları şəhid oldular və həmin iranlı generala yas tutan sizlər haradasınız?? Bu gün kimin nə olduğu‚ hara‚ kimlərə və hansı maraqlara xidmət etdiyi çox aydın görünür. Dini kəsimlə birgə radikal müxalifət də ənənəvi siyasətinə sadiq qalaraq yenə ordumuzun‚ dövlətimizin və xalqımızın yanında olmadı və əksinə, radikal müxalifət düşmən dəyirmanına su tökməyə‚ ölkədə qarışıqlıq yaratmağa‚ çaşqınlıq və təxribatlar törətməyə çalışdılar. Onların bir qismi ölkəmizin Ali Qanunverici orqanı olan Milli Məclisin binasına hücum edərək oranı işğal etmək istədilər‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində dövlət sərhədlərimizə qarşı təxribatçı hücumlar olarkən‚ məhz xarici məkrli qüvvələrin‚ erməni lobbisinin və ermənipərəst mərkəzlərin diktəsilə hərəkət edən bir çox radikal müxalifət üzvləri daxildə xaos və qarışıqlıq yaratmaq məqsədilə Millətin Məclisi sayılan Ali Qanunverici orqanın binasına basqın edərək binaya xəsarətlər yetirdilər və binada dağıntılar törətdilər. Bu isə əsl ermənipərəstlik və ermənidən daha artıq ermənilikdir.
Radikal müxalifətin vətənə və xalqa xəyanəti təkcə bununla da bitmir‚ onlar hər vəchlə ordumuza və şanlı əsgərlərimizə ləkə yaxmağa‚ ordumuzun nüfuzuna zərbə vurmağa‚ əsgərlərimizə qara yaxmağa‚ dövlətçiliyimizi baltalamağa‚ daxildə çaşqınlıq və qarışıqlıq yaratmağa və var qüvvələri ilə təxribatlar törətməyə‚ dövlətin‚ xalqın və ölkənin nüfuzuna xələl gətirən‚ ölkəni nüfuzdan salmağa hesablanmış‚ dövlətin və xalqın qanunla qorunan milli maraqlarına və dövlətin və xalqın təhlükəsizliyinə zərbə vurmağa hesablanmış şər böhtan və yalan dolu məlumatlar yaymağa və ölkəyə zərbə vurmağa çalışaraq xalqımıza və vətənə xəyanət etdilər. Radikal müxalifət hər zamankı kimi‚ vətən xainliyi edərək‚ vətənə və xalqa xəyanət yolunu seçib. Onlar ölkəmizin bütün milli maraqlarını ermənipərəst qüvvələrə satıblar.
Çox təəssüf ki‚ xarici düşmən qüvvələrin və ermənipərəst dairələrin oyuncağı olan daxildəki 5-ci kolon və anti-milli ünsürlər bu gün daxildə dövlətimizə və ordumuza qarşı əks mövqe sərgiləyirlər və vətən xainliyi edərək düşmən dəyirmanına su tökürlər. Xalq özü bütün bunları görür və hər şeyi xalq özü dəyərləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB