“Növbəti erməni yalanı, yaxud Paşinyana güclü zərbə” ÖZƏL-MÜNASİBƏT

“Növbəti erməni yalanı, yaxud Paşinyana güclü zərbə” ÖZƏL-MÜNASİBƏT

“Ermənistanın işğalçılıq siyasətini bütün dünya görür və bilir. Sadəcə, illərdir onların nazı ilə oynanılır. O cümlədən, ATƏT-in Minsk Qrupu guya bilmir ki, Ermənistan özünə aid olmayan torpaqları işğal edib və bu bölgədə gərginlik yaradıb? Çox yaxşı bilir. Bunu Amerika da bilir, Fransa da bilir, Rusiya da bilir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, sadəcə, ermənilərin nazı ilə oynanılır, ölkələrdəki erməni diasporunun maraqları nəzərə alınır və bu səbəbdən işğalçıya heç bir təzyiq edilmir.

“Ermənistanın torpaqlarını tutaq ki, kimə ələ keçirsəydi, görün nə haray-həşir salardılar indi və həmin dövlətə görünməmiş təzyiqlər edərdilər bu təşkilatlar. Amma Ermənistan üçün bu bağışlanılır, göz yumulur. Lakin, ara-sıra buna göz yummayanlar da, sözünü deyənlər də tapılır. Məhz BBC-nin aparıcısı bəli, həqiqətləri Paşinyanın düz üzünə dedi və onun sözünü də kəsdi. Çünki, Paşinyan nağıl danışırdı. Paşinyan guya min illik Dağıq Qarabağdakı erməni tarixindən danışırdı. Amma hamı bilir ki, ermənilər Dağıq Qarabağa nə vaxt və kimlər tərəfindən köçürülüb. Rusiya imperiyasından, İrandan, Türkiyədən köçürülüblər. Hətta Dağıq Qarabağda özləri bir abidə tikmişdilər Sovet dönəmində. Dağıq Qarabağa köçürülmələrinin 170 illiyi ilə bağlı bir abidələri var idi. Sonra separatçılığa başlayanda abidəni özləri sökdülər. Niyə? Çünki, izi itirməyə çalışdılar ki, bunlar 170 il əvvəl deyil, guya min illər əvvəl bu torpaqlarda yaşayıblar və bu nağılı da paşinyan təkrarlamağa çalışdı Artsax sözünü tələffüz etməklə. Jurnalist də onun sözünü kəsdi və vurğuladı ki, buzə nağıl danışma, de görüm BMT-nin dörd qətnaməsi nə vaxt yerinə yetiriləcək. Eyni zamanda soruşdu ki, törətdikəri vəhşiliklərə görə, ola bilsin Xocalı soyqırımını aparıcı nəzərdə tuturdu, nə zaman cavab verəcəksiz? Ermənistanın baş naziri heç bir söz deyə bilmədi və yalan danışmağa başladı. Keçmiş Ermənistan hakimiyyətinin də uydurduğu kimi, guya Xocalı faciəsini də azərbaycanlılar törədib dedi. Guya Dağıq Qarabağda çəkilən yolların çəkilməsində Ermənistanın heç bir əməyi olmadığı kimi yenə də nağıl danışdı və həmin verilişi izləyənlər bu nağıla inanmazlar. Həmin veriliş çox populyar verilişdir və 60-80 milyon auditoriyası var. Jurnalist özü də çox məşhur jurnalistdir. Mən düşünürəm ki, bu verilişi bir çox yerlərdə izlədilər və bu yalanlar bir daha üzə çıxdı, həmin jurnalist alqış topladı. Əlbəttə ki, beynəlxalq aləm gördü növbəti erməni yalanını. Bu Paşinyana, Ermənistana vurulan çox güclü bir zərbə idi ki, indi Ermənistanda çoxları Paşinyanın həmin verilişdə zəif olduğunu etiraf edirlər. Bu eyni zamanda Aərbaycanın haqlı olduğunu bir daha sübut etdi. Biz haqlıyıq və biz haqlı olduğumuza görə də torpaqlarımızı istənilən yolla geri qaytaracayıq. Amma aydındır ki, danışıqlar heç bir nəticə vermir. Baxmayaraq ki, bu veriliş dünyada yayıldı və hamı Ermənistanın iç üzünü bir daha gördü, amma yenə də bu həmin o beynəlxalq aləm Ermənistanı bizim torpaqları azad etməyə, çox təəssüf ki, məcbur etməyəcək. Bunu edəcək qüvvə Azərbaycan Ordusudur, Azərbaycan-Türkiyə hərbi birliyidir”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə