Məşhur model əsgərlikdən yayınır

Məşhur model əsgərlikdən yayınır
Dünyanın ən məşhur supermodellərindən biri, israilli Bar Rafaeli hərbi geyimdə çılpaq fotosessiyaya çəkilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 7 ildir ki, İsraildə hərbi xidmətdən yayınan supermodel İsrail qanunvericiliyinə görə, 18 yaşında hərbi xidmətə yollanmalı idi.

Qeyd edək ki, İsraildə qızlar da çağırışçı sayılırlar.

ABŞ-da yaşayan Bar Rafaeli ordu sıralarına getməmək üçün İsrailə qayıtmaq fikrində olmadığını bildirib. Məlumat üçün nəzərinizə çatdıraq ki, məşhur ulduz 35 yaşlı aktyor Di Kaprio ilə eşq macərası yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə