Ermənistan kolleclərə və orta ixtisas məktəblərinə qəbul imtahanlarını ləğv etdi
Ermənistanda kolleclərə və orta ixtisas məktəblərinə qəbul imtahanları ləğv edilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu təhsil və elm naziri Armen Aşotyan deyib. Onun sözlərinə görə, abituriyentlər bu tip təhsil müəssisələrinə orta təhsil göstəriciləri - attestat qiymətləri əsasında qəbul olunacaqlar.
O, deyib ki, qəbul imtahanlarının ləğvi kolleclər və orta ixtisas məktəblərində korrupsiya hallarının aradan qaldırılması məqsədi güdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB