“Dövlət dəstəyinin gücləndirilməsi əsas prioritetdir” ÖZƏL-MÜNASİBƏT

“Dövlət dəstəyinin gücləndirilməsi əsas prioritetdir” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Prezidenti hər zaman hökumətə növbəti dövrlərdə həyata keçiriləcəklərlə bağlı strateji tapşırıqlar verir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar bayramov deyib.

Millət Vəkilinin sözlərinə görə, təbii ki, 2020-ci il fərli illərdəndir, pandemiya milli iqtisadiyyatlara təsir göstərir və o baxımdan cari il üçün Azərbaycan hökumətinin strategiyası müasir çağırışlara uyğun olaraq müəyyənləşir.
“Pandemiyya qlobal və milli iqtisadiyyatlara təsir göstərir və Azərbaycan Prezidenti müasir çağırışlara uyğun hökumət qarşısında strateji hədəflər müəyyənləşşdirir və həmin stateji hədəflərdə iqtisadiyyatdakı dayanıqlılığın qorunub saxlanması, Azərbaycan iqtisadiyyatındakı stabilliyin və tarazlığın qorunmasına imkan yaradır. Artıq qeyd etdiyimiz kimi fərqli strateji hədəflər var. İndiki dövrdə xüsusən növbəti aylar üçün, cari ilin ikinci yarısı üçün əsas hədəf pandemiyanın iqtisadiyyata və eyni zamanda insanlarımızın sağlamlığına təsirlərini minimumlaşdırmaqdan ibarıtdir. Növbəti aylarda, carı ilin ikinci yarısında da insanlarımızın sağlamlığı prioritet olacaq və hökumətin əsas məqsədi koronavirusun vətəndaşlarımızın sağamlığına təsirini minimumlaşdırmağa yönələcək. Eyni zamanda təbii ki, mövcud şərtlər daxilində real sektorun yenidən bərpa edilməsi və iqtisadi inkişafın mərhələli şəkildə bərpasına nail olmaq əsas hədəflərdəndir və 2020-ci ilin ikinci yarısında Azərbaycan hökuməti sahibkarlara genişmiqyaslı dövlət dəstəyi təklif edəcək. Bura artıq tətbiq olunan vergi güzəştləri paketi daxildir. Bu kifayət qədər çoxlu sayda sahibkarımızı əhatə edəcək. Sahibkarlar bu güzəştlərdən faydalanmaq imkanı qazanacaqlar. Xüsusən də fərdi sahibkarlıqla məşğul olan sahibkarlar üçün vergilərin iki dəfə azaldılması nəzərdə tutulub ki, artıq bu da tətbiq olunur və təbii ki, sahibkarlar da bundan istifadə edir. 2020-ci ilin ikinci yarısında da vergi güzəştləri paketindən sahibkarlar faydalanmaq imkanı qazanacaqlar. Eyni zamanda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün elektron kredit portalı artıq formalaşıb və sahibkarlar tərəfindən 500 milyona yaxın kredit istəyi portal vasitəsi ilə reallaşıb. Həmin o bildirişlərə, müraciətlərə baxılır və o müraciətlərə uyğun da qərar veriləcək və nəticə etibarı ilə bu da sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına imkan verəcəkdir. Bütövlükdə növbəti yarım ildə də dövlət dəstəyinin gücləndirilməsi əsas prioritet olacaq. Vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi növbəti yarımilin əsas prioritetləri sırasında öndədir və əsas hədəflərdən biridir. Bu baxımdan 2020-ci ilin növbəti yarısında həm sosial təminatın daha da gücləndirilməsi, həm də sahibkarlara dövlət dəstəyinin daha da artırılacağı gözlənilir”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə