Ziya Məmmədov: “Nəqliyyat sistemində nəqliyyatın interaktiv şəkildə idarə olunması layihəsi avqustun sonu sentyabrın əvvəllərində tamamlanacaq”- AÇIQLAMA
"Dəmir yolunda artıq yüklərin daşınması məsələsinə baxmışıq. Artıq müəyyən qaydalar əsasında güzəştlər qəbul olunub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.
O qeyd edib ki, 2009-cu il böhranından sonra daşımalarda qiymətlər aşağı düşmüşdü: "Ancaq dəmir yolunda artıq yüklərin daşınması məsələsi gündəmə gələndən və tarif siyasətində müəyyən daşıyıcının xeyrinə qərarlar qəbul edildikdən sonra təxminən 2 dəfəyə qədər yük artımı baş verib".
Bununla yanaşı, daş, qum, çınqıl karxanalarının ərazilərinə dəmir yolunun çəkilişinin sovet dövründə də hər zaman zavod və fabriklərin balansında olduğunu deyən nazir deyib ki, hazırda bazar iqtisadiyyatı prinsipində dəmir yolunun belə imkanları məhduddur. Özəl şirkətlər hesab edirlərsə ki, dəmir yolları çəkib özlərinin dallan yollarını yaradıb, ümumi dəmir yolu şəbəkəsinə qoşulmaq istəsələr, o zaman buna tam şərait yaradarıq. Həmin xətləri baş yollarla birləşdirməyə hazırıq.
Ziya Məmmədov həmçinin vurğulayıb ki, nəqliyyat sistemində nəqliyyatın interaktiv şəkildə idarə olunması layihəsi avqustun sonu sentyabrın əvvəllərində tamamlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB