"Ermənilər tarix boyu dünya mediasının gözünü boyamağa çalışıblar" ÖZƏL-MÜNASİBƏT
"Ermənilər hər zaman təxribata əl atıblar və tarix boyu uydurduqları yalanlarla dünya mediasının gözünü boyamağa çalışıblar. Onlar bu sahədə "bacarıqlıdırlar". Saxtakarlıqla dünya dövlətlərinin diqqətini çəkmək artıq bu millətin xislətinə hopub". Bunu SİA-ya millət vəkili Müşfiq Cəfərov deyib.
Deputatın sözlərinə görə, ermənilərin son günlər xaricdə yaşayan və dinc aksiya keçirən azərbaycanlılara qarşı törətdiyi təxribatların da böyük məqsədləri var: "Düzdür, son prosseslər haqlı olaraq vətəndaşlarımızda qəzəbə səbəb olub. Gənclərimiz emosiyalara qapılaraq addım atırlar. Amma bu, bizi ölkə olaraq çətin vəziyyətə sala bilər. Bütün vətəndaşlarımız səbrli, təmkinli olmalıdır. Bəzi hallarda gənclərimiz hislərinə qapılaraq situasiyanı təhlil etmədən hərəkət edirlər. Mən sosial şəbəkələrdə yayılan videoları görüb düşünürəm ki, millətimiz erməniləri məqsədlərinə istəmədən nail olmalarına kömək olurlar. Belə davam etdiyi halda, biz informasiya müharibəsini uduza bilərik. Onlar bizdə baş verən hər hadisəni öz xeyirlərinə təhrif edərək dünya mediasında işıqlandırırlar. Sosial şəbəkələrdə paylaşılan həmin videolarda neçə gəncimiz məsuliyyət altına düşür. O şəxslər başqa bir ölkənin qanunlarını tapdamaqda ittiham oluna bilərlər. Bunun məsuliyyəti böyükdür. Ağılla, siyasətlə informasiya müharibəsi strategiyası qurulmalıdır. Çalışdıqca xarici mətbuatda onların vəhşiliklərini yayımlanmasını təşkil etməliyik. Sumqayıt hadisələrini xatırlayaq. Hər bir gəncimiz ki, bunları bilir. Ermənilər necə təxribata əl ataraq Azərbaycanı qaralamışdılar. Kiçik bir araşdırma etsək görərik ki, ermənilərin imkanlı şəxslərinin əksəriyyəti buna çalışır. Onlar istəyir ki, dünya mediasından yararlanaraq aparıcı ölkələrinin tanınmış KİV nümayəndəlikləri ilə əməkdaşlıq etsinlər. Bunu fakt kimi qiymətləndirib üzərində düşünmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB