"KİV informasiya müharibəsində çox mühüm rol oynayırlar" ÖZƏL-MÜNASİBƏT

"Xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan Milli Mətbuatı cox şərəfli və zəngin inkişaf yolu keçib". Bunu SİA-ya millət vəkili Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, bu gün dövlət tərfindən Azərbaycan mətbuatının, jurnalistikanın sürətli, hərtərəfli inkişafına hər cür şərait yaradılıb. Milli Mətbuatımızın nümayəndələri də öz növbəsində milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edirlər.

Ən əsası isə Kütləvi İnformasiya Vasitələrimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında, düşmənə qarşı aparılan informasiya müharibəsində çox mühüm rol oynayırlar. Ermənistanın 12 iyuldan başlayaraq Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barəsində həm ölkə daxilində həm də xaricdə obyektiv, düzgün məlumatların yayılmasında, ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində Milli Mətbuat nümayəndələrinin yorulmadan çalışdıqlarının şahidi olduq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə