Qərbin qəzəbinə tuş gələn "Əl-Qaidə" lideri Üsama bin Ladenin ölümünü Pakistanda göz yaşı ilə qarşılayıblar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kəraçi şəhərində 1000-dən çox adam anım mərasiminə qatılıb. Kütləvi şəkildə namaz qılınıb, mərasim Pakistanda fəaliyyəti qadağan edilən "Camaat ud Dava" radikal təşkilatı tərəfindən təşkil edilib.
Daha sonra şəhərdə nümayişlər keçirilib. "Obama, qanla səs toplamaq olmaz!" kimi şüarlar səsləndirilib. Pakistanda küçələrə çıxanların hiddətinə ən çox Üsama bin Ladenin dənizdə dəfn edilməsi səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB