“Ölkə vətəndaşı Prezidentin qətiyyətli mövqeyini bəyənir və dəstəkləyir” ÖZƏL-MÜNASİBƏT

“Ölkə vətəndaşı Prezidentin qətiyyətli mövqeyini bəyənir və dəstəkləyir” ÖZƏL-MÜNASİBƏT

“Son günlər Azərbaycan–Ermənistan sərhəddində Ermənistanın törətdiyi təxribat sayəsində Tovuz rayonunda mülki əhali ilə yanaşı, dövlət əmlakına, müxtəlif obyektlərə çox ciddi ziyan dəyib. Bu ziyanın aradan qaldırılması yönündə görüləcək tədbirlər haqqında ölkə başçısı tərəfindən dərhal sərəcam imzalanıb. Bununla bağlı işlər artıq başlanılıb. Təcili olaraq işçi qrupu yaradılaraq mütəxəssilərdən ibarət heyət dərhal Tovuz rayonuna ezam olunub. Bizim hərb salnaməmizin qürürlu səhifəsi olan tarixi aprel döyüşlərimizdən sonra dəymiş ziyanın aradan qaldırılması üçün görülən əməli tədbirlərin nəticəsi bu gün göz qabağındandır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Mirzə Ələkbər Sabir" fondunun prezidenti Sevda Tahirli deyib.

Fondun prezidenti qeyd edib ki, hazırkı vəziyyətdə kifayət qədər operativ tədbirlərin görüləcəyinə heç bir şübhəsi olmayan ölkə vətəndaşı işğal olunmuş ərazilərlə bağlı ölkə başçısının qətiyyətli mövqeyini, torpaqlarımızın islagldan azad edilməsinə xüsusi diqqətini, strategiyasını bəyənir və dəstəkləyir.

“Atılan uğurlu addımlar yalnız sərhəd bölgələrində ordumuzun gücünün hərbi potensialının artırıılmasında deyil, eləcə də beynəlxalq səviyyədə, dünya diplomatiyasında da özünü nümayiş etdirməkdədir.

ABŞ konqresinin Ermənistanla bağlı qəbul ediyi sonuncu qərar isgalçılıq siyasəti yürüdən ölkə tərəfindən heç gözlənilmədiyindən sonuncularda çox böyük rezonansa səbəb olmuşdur. Bu tarixi məqamı Azərbaycan tərəfinin əhəmiyyətli uğuru kimi qeyd etmək olar. Cəbhə xəttindəki sonuncu uğurlu savaşımız, eləcə də diplomatik müstəvidə atılan uğurlu addımlar ölkə başçısının qətiyyəti, məqsədyonlu fəaliyyəti dovlətimizin, ölkəmizin suverenliyi naminə yürütdüyü siyasətinin nəticəsidir", deyə Sevda Tahirli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə