ABŞ Konqresinin qəbul etdiyi sənəd Ermənistanın işğalçı dövlət olmasını bir daha təsdiq etdi
Dünyanın ən aparıcı ölkələrindən biri olan ABŞ-da ən yüksək səviyyədə belə bir düzəlişin qəbulu Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq sözünə birbaşa dəstəkdir. Amerika konqresində erməni lobbisinin çox güclü və dəstəkniəsinə baxmayaraq, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanan mövqe dünya ölkələri tərəfindən də yüksək səviyyədə dəstəklənib və bu gün öz nəticəsini verdi. Azərbaycan diplomatiyası daha bir uğurunu qazandı, Azərbaycan daha bir diplomatik-siyasi uğura nail oldu, imza atdı. Bu gündən etibarən Amerika Birləşmiş Ştatları Konqresi rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. Belə ki, ABŞ Konqresinin Qaydalar komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət katibi Müdafiə katibi ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir. Erməni lobbisi ABŞ Konqresində Azərbaycana məğlub oldu -işğalçıya qarşı ilk sanksiya qərarı Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə aparılan düzgün, uzaqgörən, balanslı, tarazlı, təmkinli xarici siyasət kursu öz bəhrəsini, öz töhfəsini verdi Son 27 ildə, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə aparılan düzgün, uzaqgörən, balanslı, tarazlı, təmkinli xarici siyasət kursu öz bəhrəsini, öz töhfəsini verdi.
ATƏT-in Minsk qrupunun 3 həmsədrindən, dünyanın iki nəhəngindən, fövqəlgücündən biri olan ABŞ nəhayət, Azərbaycan, Qarabağ həqiqətlərini qəbul və etriaf etdi. Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğunu rəsmən ortaya qoydu. Belə ki, bu gündən, iyulun 21-dən etibarən Amerika Birləşmiş Ştatları rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.
Bu, ən önəmli siyasi-diplomatik zəfərlərdəndir
Bəli, bu 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğu dövründə əldə edilən ən böyük uğurlardandır. 1993-ci ildə BMT Təhlükəsizlik Şurasında, 2000-ci illərin ortalarında Avropa Şurası Parlament Assambleyasında, o cümlədən, son illərdə Avropa Parlamentində qəbul edilən qətnamələrdən sonra bu, ən önəmli siyasi-diplomatik zəfərlərdəndir və bunun mütləq davamı da gələcək, ABŞ-dan sonra digər həmsədr ölkələr də öz qanunverici orqanları səviyyəsində Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu etiraf edən və tanıyan qərarlar, qətnamələr qəbul edəcəklər. Və onu da vurğulamaq lazımdır ki, həqiqətdən qaçmaq mümkün olmayıb və olmayacaq da! Necə ki, dünyada erməni lobbisi və diasporunun əsas dayaqlarından olan ABŞ-da həqiqətdən qaçmaq, yayınmaq mümkün olmadı.
Və bir-birinin ardınca “Valday”, Aqşabad, Qoşulmama Hərəkatı və Türk Şurasının Bakı sammitləri, sonuncu Mühxen Təhlükəsizlik Konfransı, “Şərq Tərəfdaşlı”ğının sonuncu toplantılarda Azərbaycan dövlət başçısının yenilməz iradəsi ilə göstərdiyi uğurlu diplomatik siyasəti bir daha göz önündədir. Və artıq erməni yalanları, böhtanları, timsah göz yaşları işə keçmir. Xüsusilə də 12 iyulda Ermənistanın qəfil təxribatı bir daha Ermənistanın əsl işğalçı və təcavüzkar olduğunu göstərdi.
Və ABŞ Konqresinin hazırda Ermənistan tərəfinin ölkəmizin sərhədlərində apardığı təxribat zamanı belə bir qanunu qəbul etməsi, təbii ki, ölkə başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətin bəhrəsi və diplomatiyamızın çox böyük uğurudur. Həmçinin, ABŞ Konqresinin bu qanunu qəbul etməsi, həm də Birləşmiş Millətlər Təşkilatının Ermənistanın Azərbaycanın ərazi o baxımdan uğurlu nəticədir ki, Azərbaycanın ərazi bütövlüyünə təcavüz etməsi barədə qəbul etdiyi dörd qətnamə bu günə qədər Ermənistan tərəfindən icra olunmayıb, halbuki, bu qətnamələr qeyd-şərtsiz icra edilməli və Ermənistan işğal etdiyi əraziləri boşaltmalı idi. İnanırıq ki, ABŞ Konqresmini yaxın gələcəkdə bu qətnamələrin hansı səbəbdən icra edilməməsi və işğalçılıq siyasətinin nəticələrini gözdən keçirməyə imkan verəcək.
Qabil Hüseynli: "Bu qərarın qəbul edilməsi həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından, həm də Amerika-Azərbaycan münasibətləri baxımından prinsipial əhəmiyyətə malikdir"
Politoloq Qabil Hüseynli bu qərarın qəbul edilməsi həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından, həm də Amerika-Azərbaycan münasibətləri baxımından prinsipial əhəmiyyətə malik olduğunu bildirib. Politoloq xatırlatdıb ki, Konqres Azərbaycana maliyyə yardımının ayrılması məsələsi də çözüləcək: «Belə ki, ermənilər bu qərarın qarşısını almaq üçün bütün güclərini səfərbər ediblər. Amerikada təsir dairəsi geniş olan Erməni Milli Konqresini, məşhur adamları, milyonçuları cəlb etməklə ermənilər ilk dəfə olaraq Azərbaycana çox böyük məbləğdə, təxminən 120 milyon dollardan çox yardım göstərilməsinin qarşısını almaq üçün hərəkətə keçmişdilər, təəssüflər olsun ki, bir sıra konqresmenləri də ələ ala bilmişlər. Amma ABŞ siyasi rəhbərliyinin bu məsələlərə müdaxilə etməsi və Konqresi bu bölgədə baş verən hadisələrlə ciddi məlumatlandırması, üstəlik də Ermənistanın bölgədə oynadığı pozucu və təhlükəli rolu barədə geniş məlumatlandırılması, zənnimcə, Konqresdəki səsverməyə və bütövlükdə Azərbaycana maliyyə yardımının göstərilməsi haqqında qəbul edilən qətnaməyə düzəliş edilməsinə maneçilik törədib. ABŞ Konqresi, sadəcə olaraq, hələlik məlum olan faktların cüzi bir hissəsini araşdırmaqla Ermənistanın bu bölgədə nə qədər pozucu və destruktiv rol oynadığını başa düşüb, bu səbəbdən də Ermənistana maliyyə yardımının göstərilməsi dayandırılıb. Azərbaycana isə maliyyə yardımının göstərilməsinin davam etdirilməsi, həm də ilk dəfə olaraq ölkəmizə rekord miqdarda maliyyə yardımının göstərilməsi barədə qərarın qəbul edilməsi həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından, həm də Amerika-Azərbaycan münasibətləri baxımından prinsipial əhəmiyyətə malikdir”.
Politoloq bundan sonra proseslə bağlı geridönüşün olacağını zənn etmir: “Azərbaycan diplomatiyası fəal işləməlidir. Amerikanın siyasi rəhbərliyi Konqresə Ermənistanın Rusiyanın forpostu olması, onunla 49 illiyə hərbi saziş imzalaması, ərazisində aviasiya hərbi bazası, eləcə də Gümrüdə quru qoşunlarını - birbaşa NATO-nun əleyhinə yönəldilmiş briqadanı yerləşdirməsi, Ermənistanda yeni bir rus bazasının yerləşdirilməsi barədə danışıqların getməsi haqda məlumatlar ABŞ kəşfiyyatına da, siyasi rəhbərliyinə də məlumdur. Rusiyanın bu forpostu bölgədə həm ABŞ, həm də NATO maraqlarına qarşı mübarizənin platsdarmına, cəbhəxanasına çevrilib. Bütün bunlar elə faktlardır ki, Amerikanın milli təhlükəsizliyi, milli maraqları üçün çox ciddi və təkzibedilməz təhdidlərdir. Ağlı başında olan amerikalı bu təhdidləri gözaltı edərək erməni lobbisinin nələr vəd etməsinə baxmayaraq, özünü od-alovun içərisinə ata bilməz, bu düzəlişin ləğv edilməsinə səs verə bilməz. Bu, həmin düzəlişə səs verən adamın özü üçün siyasi qətl kimi bir şey ola bilər”.
Q.Hüseynli əmindir ki, söhbət işğalçı Ermənistana qarşı çox ciddi sanksiyadan gedir: “Söhbət təkcə ayrılan yardımın məbləğində, yaxud Ermənistana pul ayrılıb-ayrılmamasından getmir. Həm də bölgədəki hadisələrin və bu cırtdan ölkənin bölgədə NATO əleyhinə Rusiyanın ”maşa"sı, əlaltısı rolunu oynaması faktının ABŞ Konqresində, yəqin ki, növbəti addımda Senatında və siyasi rəhbərliyində bütün detalları ilə aydınlaşmasıdır. Yəni bundan sonra nələr edirlər-etsinlər, sadəcə olaraq, Ermənistanın Rusiya ilə çoxşaxəli əlaqələri, zənnimcə, ABŞ Konqresində və Senatında, ABŞ siyasi rəhbərliyində Ermənistanla bağlı ehtiyatlı davranışların formalaşmasına yardım edəcək. Və haqqında danışdığımız düzəliş Azərbaycan-Amerika əlaqələrinin yüksələn xətlə inkişafının da əməli sübutudur”.
Beləliklə, zərbaycan daha bir uğura imza atdı, Ermənistan isə daha bir sarsıdıcı zərbəyə məruz qaldı. Və zamanın çağırışı separatizmi rədd edir və ermənilər də bu reallıqla razılaşmaq zorundadırlar. Artıq heç kim və heç nə bizim qarşımızı ala, kəsə, yarıyolda dayandıra bilməz və bilməyəcək. Ona görə bu mütləq digər həmsədr dövlətlərə, o cümlədən, digər beynəlxalq təşkilatlara, aparıcı ölkələrə də təsirsiz ötüşməyəcək. Bu, mütləq baş verəcək və verməlidir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB