Kərim Kərimov: "Ermənilər tərəfindən Azərbaycanda iki nazirliyinin internet saytına və kompüter şəbəkəsinə hücumlar olub"
"Azərbaycanda iki nazirliyinin internet saytına və kompüter şəbəkəsinə hücumlar olub". SİA-nın məlumatına görə bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov deyib. Onun sözlərinə görə, kompüter şəbəkəsinə edilən hücumdan dərhal sonra aparılan tədqiqatlar zamanı məlum olub ki, hücumu törədənlər Ermənistan Respublikasının vətəndaşlarıdır. Departament rəhbəri əlavə edib ki, Azərbaycan Respublikasının 20 faiz torpağını işğal edən Ermənistan işğalçılıq siyasətini internet vasitəsi ilə də həyata keçirir: "Bu təhdidlər Ermənistanın öz ərazisi ilə yanaşı Ermənistan dövlətinin vətəndaşları tərəfindən qonşu dövlərə qarşı da həyata keçirilir". Kərim Kərimov qeyd edib ki, Azərbaycanda eyni zamanda separatçı, irqçi ekstremizim və radikal qüvvələr tərəfindən yanlış ideoloji təbliğatların aparılması halları artıb.
Şöbə müdiri həmçinin qeyd edib ki, qərəzli, qeyri-obyektiv qüvvələr internetdə istifadəçilər üçün süni yollarla təhrif olunan məlumatlar yerləşdirməklə Azərbaycan haqqında yanlış məlumatlar yayırlar. "Bu ən çox özünü vikipediya adlı saytda büruzə verir: "Bu saytda Azərbaycan haqqında qərəzli, məkrli qüvvələr tərəfindən yalnış məlumatlar yer alır. Bu da Azərbaycanın imicinə, iqtisadiyyatına, bütün sferalarda əldə etdiyi nailiyyətlərə mənfi təsir göstərir. Bunun artadan qaldırılması çox çətindir. Lakin biz aidiyyəti strukturlar bunun aradan qaldırılması istiqamətində mütəmadi işlər aparırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB