Tovuzda baş verən hadisələr yalnız ermənistanın rəzilliyini, namərdliyini və digər ya¬ramaz keyfiyyətsizliklərini üzə çxıarmadı, eyni zamanda, bizimlə bağlı bir sıra müsbət amilləri də tirajlamış oldu. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Əkbər Qoşalı vurğulayıb ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki mövqelərimizə ağır artilleriya ilə zərbə endirməsi və bu xain zərbə sonucunda Azərbaycan hərbçilərinin həlak olması, yaralanması özünə diqqət tələb edir və çox şükürlər, bu diqqət son günlərdə heç əskik olmadı və ümumxalq hadisəsinə çevrildi.
“Təcavüzkarlıq və terrorizmi dövlət siyasətinin tərkib hissəsi kimi tövsif etmiş, iki gündən bir Mingəçevir su anbarını, hətta, beynəlxalq neft-qaz kəmərlərini vurağcağını öz hökumət üzvləri səviyyəsində bəyan edən işğalçı Ermənistanın, Tovuzdakı hadisələrin səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi, bizi Metsamoru vurmaq istəyində ittiham edən hərəkətləri, bizlərdə xüsusu hiddət doğurur. İndi fikir verin, bir tərəfdə Qarabağı (öz havadarlarının ciddi hərbi-siyasi dəstəyi ilə) işğal etmiş, üstəlik, Qarabağdan xeyli uzaqdakı Tovuzda yeni işğal planı gerçəkləşdirmək istəyən Ermənistan, başqa bir tərəfdə isə özünün humanistliyindən, qonaqpərvərliyindən peşman edilmək dərəcəsinə çatdırılmış, lakin yenə öz multikultural dəyərlərindən geri durmayan, sivilizasiyalar, mədəniyyətlərarası dialoq çağırışları ilə seçilən Azərbaycan… Bizi necə bərabər tutumaq, necə bir tərəziyə qoymaq olar? Bir tərəfdə işğalçı, bir tərəfdə işğala məruz qalan…
Əgər hansısa qurum-quruluş, dövlət, məmur, vəkil, ziyalı, fərd Ermənistanla Azərbaycana eyni çağırışda bulunursa, bu ya qanmamazlıqdır, ya bilgisizlikdir, yaxud da avantüradır. Bərabərhüquqlu yanaşma, eynigüclü çağırış üçün ilk növədə işğal quyusu dolmalı, bizim torpaqlar azad olunmalıdır ki, bundan sonra eyni tərəzidə çəkilmək mümkün olsun. Yox, bunu etməyə beynəlxaq təşkilatların, böyük dövlətlərin marağı yoxdursa, zəhmət olmasa, mane olmasınlar, baş qatmasınlar da, biz öz torpaqlarımızı azad edək, görsünlər, mülki əhaliyə ziyan vurmadan bölgəyə necə əmin-amanlıq gətirir, asayişi necə təmin edirik. görsünlər ki Azərbaycan öz dədə-baba torpaqlarını necə azad edir…
Doğrudur, bizim dövlətimizin, ordumuzun, vətəndaşımızın işi Metsamoru yaxud başqa strateji obyekti vurmaqdan ibarət deyil, bununla belə, düşmənin müharibə planındakı hərəkətləri elə namərdcə, elə ləyaqətsizdir ki, düşmənin hər cür cavabı haqq etdiyini deməmək olmur.
Bu yerdə vurğulamalıyam ki, olaylara operativ və təmkinli yanaşan Ali Baş Komandanımız Təhlükəsizlik Şurasının toplantısını çağırdı, ictimaiyyətə bir çox gərəkli bilgilər verdi və bildirdi ki durum müsait olunca jurnalistlər, diplomatlar Tovuza dəvət ediləcək, onlar durumla yerindəcə tanış olacaq və görəcəklər ki, qanlı olayların baiskarı kimdir, mülki əhalisi ziyan çəkən və məcburi cavab haqqını istifadə edən kimdir…
Biz bizi Metsamor mövzusunda ittihama cəhd edənlərə elə bugün də səslənirik ki buyurun, Ermənsitan mediasını, Ermənistan rəsmi məqamlarının çıxışlarını Mingəçevir kontekstində bir saf-şürük edin də, sonra danışaq.
Ən azı işğalçıların müdafiə naziri Tonoyanın açıq mətnlə dediklərinə reaksiya verməyənlərin Azərbaycanı nədəsə ittihama cəhd etməsinin gerçəkliklə bir bağlantısı yoxdur və məhz absurd teatrı üçün yaxşı mövzu ola bilər.
Yeri gəlmişkən, “Tovuz toqquşması” yaxud “Tovuz testi” yalnız düşmənin miskinliyini, yaramazlığını deyil, eləcə də, bizim milli ordunun qüdrətini də bir daha göstərmiş oldu. Əfsanəvi general Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə ulu Tanrıdan rəhmət endiyinə sarsılmaz inamımız olduğu kimi, xalqımızın, ordumuzun haqqında hərzə-hədyan danışanların da bugünlərdə (bir daha) rəzil duruma düşdüyünü bilirik. Bizim yüksək çinli zabitlər, ümumən zabitlər, hərbçilər döyüşdə qızıl ləyaqət göstərə bilir! Bu bizim xalqın tarixindən, gələnəyindən rişələnən, su içən bir hadisədir və yüksək alqışa, öyrənilməyə, öyrədilməyə layqidir! Qoy, bizi Metsamorla, hansısa avantüra ilə ittihama cəhd edənlər, ömürlərində bircə dəfə alicənab olmağı bacarsınlar, sonra danışarıq…
Dövlətimiz zaval görməsin, bayrağımız uca olsun!”, deyə Əkbər Qoşalı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB