Sərhəddə hansısa beynəlxalq təşkilatın monitorinqinə rast gəlinməyib ÖZƏL - AÇIQLAMA

Sərhəddə hansısa beynəlxalq təşkilatın monitorinqinə rast gəlinməyib ÖZƏL - AÇIQLAMA

"Hazırda münaqişə ərazisində hansısa beynəlxalq təşkilatın monitorinq apardığına rast gəlməmişik". Bu sözləri SİA-ya açıqlamasında Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistanın sərhəd xəttində, münqişəli ərazilərdə heç bir beynəlxalq təşkilatın nümayəndə heyəti monitorinq etmir: "Hətta, ATƏT-in Minsk qrupunun şəxsi nümayəndəsi də ərazidə monitorinq aparmır. Hazırda onlar pandemiya ilə əlaqədar işlərini distantiv olaraq həyata keçirirlər. Adətən belə hallarda əraziyə baxış ATƏT-in Minsk qrupunun həmsədrləri, Beynəlxalq Kriziz Qrupu tərəfindən aparılırdı.Lakin, hazırda ərazidə ciddi monitorinq aparan təşkilat görmürəm".

Qarabağ zonasında itkin düşmüş şəxslərin və girovların axtarışı, əsirlərin azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupun milli əlaqələndiricisi olmuş Əvəz Həsənov vurğulayıb ki, vaxtilə belə hallarda bir çox təşkilatlarla ərazidə monitorinqlər aparılıb lakin hazırda pandemiya ilə əlaqədar bu imkanlar azalıb.

Sərhəd xəttində vəziyyətin gərginləşməsi fonunda beynəlxalq təşkilatların monitorinq qruplarının əraziyə hansı səbəblərdən dolayı baxış keçirməyə maraqlı olmamasına aydınlıq gətirməyə çalışan konfliktoloq bildirib ki, əsas səbəb koronavirus pandemiyasıdır:

"Hazırda koronavirus pandemiyası ilə əlaqədar heç bir qrup olduqları ərazini tərk edə bilmir. Onun da əlavə etmək istərdim ki, Rusiyadan olan bir çox jurnalist də məsələ ilə əlaqədar Azərbaycana gəlmək istəyirlər, lakin sərhədlər açıq olmadığı üçün onların əraziyə gəlişi dəqiq deyil. Mənim fikrimcə, burada əsas məsələ pandemiya ilə bağlıdır. Belə olmadığı halda biz bir çox təşkilatın nümayəndələrini əraziyə dəvət edə bilərdik. Onlar özləri də buna maraqlıdırlar. Biz bir çox təşkilatla birgə vaxtilə bu kimi hallar baş verən zaman da ərazi monitorinqi həyata keçirmişik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə