Daha bir erməni özünü körpüdən atdı Ermənistanda

İyulun 9-u, 22: 28-də Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinə İrəvandakı Kiyev körpüsündən bir vətəndaşın özünü ataraq intihar etdiyi barədə məlumat daxil olub. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Qüvvələrinin xüsusi təyinatlı xilasetmə mərkəzinin xilasedici dəstəsi gəlib. Bir vətəndaşın cəsədinin Hrazdan çayında olduğu ortaya çıxıb. Xilasedicilər təxminən 60 yaşlı bir kişinin cəsədini çaydan çıxarıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə