“Mənim addımım” fraksiyasında gərgin müzakirələr aparılır” “Joxovurd”

Bu günlərdə "Mənim addımım" fraksiyasında qızğın müzakirələr gedir. SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır. Qəzet yazır ki, artıq bir neçə gündür “Erməni Kilsəsinin Tarixi” fənninin məktəb tədris proqramından çıxarılması və “Mənim addımım” fraksiyasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunur.

Bildiyiniz kimi, bu qanun layihəsinə görə, fövqəladə vəziyyət zamanı açıq havada maskanın olmamasına görə 20 min dram, qapalı otaqlarda və nəqliyyat vasitələrində isə 50 min dram miqdarında cərimələrin müəyyən edilməsi təklif olunur.

Nəşrin mənbələrinə görə, deputatların əksəriyyəti qeyd edib ki, bu qanun layihəsinin qəbul olunması xəcalətdir. Qəzetin yazdığına görə, layihə ətrafında müzakirələr o qədər sərt olub ki, qanun hətta bu gün keçiriləcək növbədənkənar parlament iclasının gündəliyindən çıxarılıb. Gələcəkdə qanun layihəsinin nə olacağı, necə olacağı hələ bilinmir. “Erməni kilsəsinin tarixi” fənninin tədrisinə gəlincə, bu mövzuda müzakirələr hələ də davam edir, layihə ictimai müzakirəyə də təqdim edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...