“Ermənistan hakimiyyəti fakt qarşısında qaldığını anlayıb” "Hraparak" qəzeti yazır

“Ermənistan hakimiyyəti fakt qarşısında qaldığını anlayıb” "Hraparak" qəzeti yazır

Konstitusiya hüququ üzrə bir mütəxəssisin verdiyi müsahibədə ölkədə dərin iqtisadi, sağlamlıq, siyasi və hüquqi böhranın olduğu söylənilir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsi ilə əlaqəli bütün prosesdə dəhşətli səhvlərə və nöqsanlara yol verdi.

Konstitusiya Məhkəməsinin yeni hakimlərini də çox sürətlə seçəcəkləri barədə nəşr yazır. Qeyd edilir ki, bir gündə təklif edəcəklər, seçəcəklər, kvorum təmin ediləcək və konstitusiya böhranı guya tez bir zamanda yox olacaq. Nəşrin yazdığına görə, bir gündə 3 hakim seçmək mümkün deyil, bu qanun pozuntusudur.

“Bütün hallarda hakimliyə namizədlik üçün müsabiqə elan olunmalı, bir ay ərzində müraciətlər qəbul edilməlidir. İlk növbədə savadsız olduqlarından nümayiş etdirirlər. Həmçinin, “Konstitusiya Məhkəməsi haqqında” qanunu unudurlar. Digər tərəfdən də bu qanunlara məhəl qoymurlar. Amma Ermənistan hökuməti fakt qarşısında qaldığını da başa düşür", deyə "Hraparak" qəzeti yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə