Sarkisyan-Koçaryan görüşü: Ermənistan xilasolma ümidlərini itirib ANALİTİK
Avropa və Rusiya ölkəni siyasi ölümlə baş-başa qoyub
Ermənistanda çoxsahəli böhran dalğası Nikol Paşinyan hakimiyyətini laxlatmağa davam edir. Siyasi güclərin istər ayrı-ayrılıqda, istərsə də koalisiya şəklində hakim rejimə qarşı çıxışlarını intensivləşdirmələri “məxməri inqilab” erasının sona çatdığını sərgiləməkdədir.
Ancaq daha bir maraqlı məqam Ermənistanı uzun illər öz qanlı rejiməri ilə idarə etmiş və bu gün də hakimiyyətə iddialı olan iki avtoritar siyasinin – Serj Sarkisyanın və Robert Koçaryanın bir araya gəlməklə Paşinyan rejimini devirmək planlarıdır. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri son vaxtlar daha çox yazırlar. Misal üçün, ölkənin 1in.am saytının siyasət bölməsindəki analitik yazıda iki siyasinin bu yaxınlarda keçirdikləri görüşlərinin təfərrüatları barədə bəzi qeydlər aparılıb.
Serj Sarkisyan və Robert Koçaryanın planları nədir?
Analitik yazıya “Serj Sarkisyan və Robert Koçaryan Ermənistanın əvvəlki hakim sistemini birləşdirə biləcəklərmi?” sualı ilə yanaşma edən müəllif qeyd edir ki, bu sualın dəqiq cavabını yalnız Sarkisyanla Koçaryan arasındakı münasibət mexanizmini öyrəndikdən sonra vermək olar. SİTAT: “O cümlədən, dəqiq cavab üçün birləşmək deyərkən biz nəyi təsəvvür edirik? Əgər söhbət informasiya-təbliğat işində fiziki birləşmə və birgə fəaliyyətdən gedirsə, bu fakt çoxdan mövcuddur. İctimaiyyət dəfələrlə bu və ya digər şəxsin dəstəyi üçün sabiq iqtidarçı - “Respublika” partiyasının və R.Koçaryan komandasının bir yerə toplaşmasının şahidi olub”.
İctimaiyyətin böyük kəsimi Sarkisyan-Koçaryan mövcudluğunu siyasi hədəflərin birləşmiş dairəsi olaraq görünməkdədir
Eyni zamanda qeyd olunur ki, S.Sarkisyanla R.Koçaryan arasında görüş formal xarakter daşıyıb, ancaq bununla yanaşı, S.Sarkisyanın ofisinin reaksiyası da maraqlı olub, belə ki, həmin görüş, sadəcə görüşmək üçün baş tutub. Fəqət, bu ehtimal elə də inandırıcı təsir bağışlamır. SİTAT: “Əlbəttə ki, onlar bir-birlərinin hal-keflərini soruşmaqdan yana, daha çox siyasətdən, keçmişdən, hazırkı zamandan və gələcəkdən danışıblar. Lakin maraqlı məqam kimi onu göstərmək olar ki, S.Sarkisyanın ofisi söhbətlər əsnasında siyasətə toxunulmadığını sərgiləyir. Bu “nümayiş” kimin üçündür? İctimaiyyətin böyük kəsimi Sarkisyan-Koçaryan mövcudluğunu siyasi hədəflərin birləşmiş dairəsi olaraq görünməkdədir. Ona görə də, keçmiş prezidentlərin nə deməklərindən asılı olmayaraq, yaxın gələcəkdə onların məhz siyasi məsələlər ətrafında fikir mübadilələri aparmaları özünü göstərəcək. Onların özləri də bunu yaxşı bilirlər”.
1in.am saytı: “Buradan apolitik görüş vasitəsi ilə Avropaya və Rusiyaya ikitərəfli siqnal ötürülür ki, hansı addım müqabil görünsə, məhz ona da dəstək göstərilsin”
Göründüyü kimi, artıq qatar yerindən tərpənib və bu qatarın N.Paşinyannın idarəçilik sistemi ilə tarana gedəcəyinə də şübhə etmək olmaz. Daha dəqiq desək, Ermənistanın onsuz da ağır vəziyyəti ona daha bir ağır, sarsıdıcı zərbə vuracaq.
Daha bir ilginc məqam isə, sözügedən yazıda “məxməri inqilabdan” sonra Serj Sarkisyanın daha çox Avropa, Robert Koçaryanın isə Rusiya sahələrində fəaliyyət göstərmələri ilə bağlıdır. “Bəs bu sahələrdə bir araya gəlmək imkanı yarana bilərmi?” sualını edən müəllifə görə, buradan apolitik görüş vasitəsi ilə Avropaya və Rusiyaya ikitərəfli siqnal ötürülür ki, hansı addım müqabil görünsə, məhz ona da dəstək göstərilsin. Fakt budur: Ermənistan böhranlı vəziyyətdədir və onun xilası inandırıcı görünmür, çünki kimliyindən, hansı siyasi baxışda olmasından asılı olmayaraq, ölkə siyasi məhvə məhkumdur. O cümlədən, artıq nə Avropa, nə də Rusiya bu ölkənin hər hansı marağını bölüşmək marağında və istəyində deyil. Necə deyərlər, Ermənistan öz ağır və çıxılmaz vəziyyəti ilə başı-başına buraxılıb...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB