"Koronavirusu həyatımızdan yox etmək hər birimizin vəzifəsidir" Aydın Mirzəzadə
“Koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir. Bu problem həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına alınmış olur”. SİA-nın verdiyi məlumata görə, bu barədə millət vəkili Aydın Mirzəzadə özünün “facebook” səhifəsində paylaşım edib.
Deputatın sözlərinə görə, bu problemlə Azərbaycanda da ciddi mübarizə aparılır: “Məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi, xəstələrin müalicəyə alınması problemin bütün cəmiyyətə yayılmasının qarşısını alır. Bununla belə hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir, karantinə alınan bölgələrin sayı durmadan artır. Bunun səbəblərinin araşdırılması isə məsələnin kökündə heç də hər kəsin karantin rejimi tələblərinə riayət etməməsinin olduğunu göstərir. İctimai yerlərdə tibbi maska taxılması, sosial məsafənin gözlənilməməsi təəssüf ki, çox yayılıb. Hər birimiz hər gün bunun şahidi oluruq.
Son dövrlərdə tibbi maska taxılmamasına görə cərimlərin tətbiqi yenə hər kəsi ictimai yerdə tibbi maska taxmağa məcbur edə bilmir. Müxtəlif bəhanələr gətirilir, ən qəribəsi isə bir çoxlarının üzlərinə deyil, çənələrinə maska taxaraq polis görən kimi maskanı yuxarı qaldırmalarıdır.
Bununla kimisə aldatmaq olar amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsızlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır. Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə qədər vətəndaşımız bu səbəbdən həyatını itirib. Onların içində tanınmış simalar, o cümlədən hər birimizin yaxın adamları da var. Çıxış yolu isə qanunun yerinə yetirilməsinin ciddi nəzarət edilməsi, hətta qanunun sərtləşdirilməsidir. Cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər. Koronavirusu həyatımızdan yox etmək hər birimizin vəzifəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB