Azərbaycan təkcə korona deyil, erməni adlı virusa da qalib gəlir TƏHLİL
Koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi zərər vurdu və bu bəlanın fəsadları özünü göstərməkdədir. Ölkəmiz üçün də təbii ki, mövcud vəziyyət arzuolunan hal deyil və dövlət büdcəsinə, iqtisadiyyata dəyən zərəri təkzib etmək mümkünsüzdür. Doğrudur, bu böhranlı vəziyyət ilk dəfə peyda olmayıb və oxşar vəziyyətlə 1997-1998-ci, 2008-2009-cu və 2014-2016-cı illərdə də rastlaşmışıq. Lakin etiraf edək ki, oxşarlıq olsa da, sadalanan dövrlərdəki hallar bu qədər təsiredici olmayıb və ən təsirlisi də odur ki, ümumiyyətlə, prosesin nə vaxt bitəcəyi bəlli də deyil.
Heç şübhəsiz ki, belə bir vəziyyət bütün ölkələr üçün zərərli təsirlər vəd edir və biz bu gün dünya iqtisadiyyatında, ticarətində, hətta siyasi müstəvisində də bu zərərli təsirlərin təzahürlərini müşahidə etməkdəyik. Nəinki, iqtisadi, ticari əlaqələr, hətta bir çox rəsmi görüşlərin də təxirə salındığının şahidiyik. Ən yaxşı halda görüşlərin onlayn rejimdə, videokonfrans şəklində keçirildiyi də günün reallığıdır.
Sevindirici haldır ki, virusa çox yaxşı və güclü müqavimət göstərə bildik və hələ də səbrlə, əzmlə, iradə ilə müqavimət göstərməkdəyik. Eləcə də, bu qlobal bəlanın ən həssas dövründə belə dövlətimiz ən ümdə vəzifələrin, işlərin öhdəsindən layiqincə gəldi və bu işlər davam etdirilir. Həyəcan siqnalının ilk anından belə ölkədə vətəndaşların sağlamlığı ön plana keçirildi. Vətəndaşlara, ölkə vətəndaşlarına evdə qalmaları, bir-biri ilə yaxın təmasdan çəkinmələri, nəticədə isə özlərini qorumaları üçün şərait yaradıldı, virusun sürətlə yayınmasının qarşısı alındı. Nəinki, şərait yaradıldı, hətta “evdə qal” kompaniyası ilə insanlarımız, vətəndaşlarımız buna təşviq edildi və bunun öhdəsindən layiqincə gəlindi də. Ona görə layiqincə gəlindi ki, insanların evdə qalmaları üçün vacib şərtlər, lazımi şərait və imkan təmin edildi. Dövlətimiz, təbii ki, Cənab Prezientin rəhbərliyi ilə insanların qayğılarını nəzərə aldı və bu gün də bunun davamlı olduğunun şahidiyik. Ölkə başçısının rəhbərliyi və tapşırıqları ilə vətəndaşlara yardımlar, müxtəlif köməkliklər olundu, dövlətimiz işsiz insanlara birdəfəlik yardımlar ayırdı və bu tədbirlər bu gün də davam etdirilir. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli qərarı ilə işsiz insanlara 190 manat məbləqində birdəfəlik yardımların verilməsi qərarı bunun əyani sübutu, təsdiqidir. Təkcə birdəfəlik yardımlar deyil, sahibkarlardan tutmuş, krediti olan bank müştərilərinə, hətta kimsəsizlərə qədər hər kəs diqqətdən, qayğıdan kənarda qalmadı. Müxtəlif istiqamətlərdə tədbirlər paketi hazırlandı və dövlət büdcəsindən bu məqsədlə yetərincə vəsait ayrılaraq sosial yönümlü tədbirlərə yönəldildi və bu gün də bu siyasət davam etdirilir. Bir sözlə, koronavirusla mübarizədə qələbələrimiz davamlı, möhkəm və daimidir.
Qeyd olunduğu kimi, bu pandemiya, bu bəla, koronavirus adlı qara buludlar təkcə Azərbaycanın üzərini almayıb və bütün dünya bu paroblem və çətinliklərlə üz-üzədir. Hər bir ölkə mübarizə etmək məcburiyyətindədir. Necə deyərlər, yaşamaq, mövcudluq uğrunda mübarizə, özü də kəskin mübarizə gedir və varlığını qorumaq istəyən hər kəsin belə bu mübarizəyə qatılmaqdan başqa çarəsi yoxdur. Amma etiraf edək ki, heç də bütün ölkələr bu mübarizəyə eyni şəkildə, eyni hazırlıqda, eyni gücdə, eyni potensialla qatılmayıb və nəticələr də bu sadalananlardan birbaşa asılıdır və bunun da çoxdandır ki, şahidiyik. Məsələn, inkişaf etmiş, çox qüdrətli dövlətlərdə, hətta Avropa ölkələrinin bir çoxunda virusun sürətlə yayılmasını, insan ölümlərinin sayının həddən artıq olmasını da müşahidə etdik və şahidi olduq ki, vaxtında görülməyən tədbirlər, insanların sağlamlıqlarının qorunması istiqamətində gecikən, yaxud, atılmayan addımlar belə bir arzuolunmaz nəticələrə gətirib çıxardı. Eləcə də, işsizlərin, ehtiyaclı insanların tələbatlarının ödənilməməsi səbəbində bir çox ölkələrdə sosial problemlərin ortaya çıxdığı da sirr deyil. Ən inkişaf etmiş ölkələrdə müxtəlif səbəblərə görə, ələlxüsus işsizlik problemi, maddi durumun acınacaqlı olmasına görə, səhiyyə ilə əlaqədar vətəndaşların narazılıqlarının da şahidi olduq. Çox sevindirici və təqdirəlayiq haldır ki, Azərbaycanda belə hallara rast gəlinmədi və səbəb də hökumətimizin vətəndaşları nəzərə alması, ölkə başçısının insanlara olan diqqət və qayğısıdır ki, bunun təkcə biz özümüz yox, bütün dünya ictimaiyyəti şahididir. Əbəs yerə deyil ki, istər Ümumdünya Səhiyyə Təşkilatı, istər bir sıra beynəlxalq qurumlar, istərsə də ayrı-ayrı ölkələrin dövlət və hökumət başlıarı ölkəmizin pandemiya ilə mübarizə tədbirlərini yüksək qiymətləndirib və bu gün də qiymətləndirməkdədir. Bu da bizim qələbələrimiz sırasındır.
Ölkəmizdə bu pandemiya dövründə görülən tədbirləri sadalamaqla bitməz və səhiyyə sahəsindən tutmuş maliyyə məsələlərinə, sosial rifahın yaxşılaşdırılmasına, yardımların reallaşdırılmasına qədər hər bir məsələyə həssaslıqla yanaşılır. Təkcə, Nazirlər Kabineti Yanında Operativ Qərargahın yaradılması belə məsələyə nə dərəcədə həssaslıqla yanaşıldığını təsdiq edir. Belə bir qərargahın yaradılması faktına heç də bütün dünya ölkələrində rast gəlinmir və ölkəmizdə bununla bağlı görülən işlər məhz bu baxımdan diqqətdən yayına bilməz.
Müqaisə üçün diqqətə çatdırmaq tam yerinə düşərdi ki, dünyaya özünü demokratik, azad, vətəndaşlarının qayğısına qalan, vətənsevər kimi təqdim etməyə, daha doğrusu sırımağa çalışan Ermənistan ölkəmizlə bu istiqamətdə də müqaisəyə belə gəlməzdir. İndi bu ölkədə virusla bağlı, pandemiya ilə əlaqədar çox acınacaqlı vəziyyət hökm sürür. Təbii ki, bu acınacaqlı vəziyyətə səbəb ölkədə virusla mübarizənin düzgün təşkil olunmamasıdır. Nəinki, düzgün təşkil olunmaması, ümumiyyətlə, vəziyyətin hesaba belə alınmamasıdır. Xüsusilə qeyd etmək lazımdır ki, nə qədər özlərini başqa şəkildə təqdim etməyə çalışsalar da, bütün bunların kökündə həmin o işğalçı ölkənin vətəndaşlarına qayğı ilə yanaşmaması, insanlarına dəyər verməməsi durur və bunu artıq ermənilər ört-basdır edə bilməzlər. Daim işğalçılıq siyasəti ilə tanınan və haqsızlıqlar, ədalətsizliklərlə idarə olunan, faşizmi, terroru təbliğ edən bir ölkənin durumu müzakirə mövzusu deyil. Sadəcə, müqaisə üçün diqqətə çatdırmaq yerinə düşərdi ki, heç də populist, daxili auditoriyaya hesablanan mövqeyi, dünya ictimaiyyətini aldatmağa yönələn siyasəti ilə bu ölkə nə daxili auditoriyanı, nə virusun özünü, nə də dünya ictimaiyyətini aldada bilmədi. Əksinə, virusa, koronavirusa yoluxma, ölüm halları həddini aşdı, vəziyyət nəzarətdən çıxdı, ölkə vətəndaşları acınacaqlı durumda qaldı, dünya ictimaiyyəti də etiraf etsə də, etməsə də manipulyatorların, avantürislərin, populistlərin, yalançıların yalanlarının bir daha şahidi oldu. Amma bütün bunların fonunda bütün dünya Azərbaycanın apardığı doğru, düzgün siyasətin, məqsədli mübarizənin, vətəndaşlarının layiqincə qayğısına qalmasının şahidi olmaqla, ölkə başçısının apardığı siyasətin mərkəzində vətəndaş amilinin dayanmasına bir daha əmin oldu. Qısası, dünya ictimaiyyəti işğalçı, terrorçu, nəticədə, yalançı bir ölkə ilə, Ermənistanla, humanizm, insanpərvərlik siyasəti yürüdən, sosial layihələrə üstünlük verən, vədlərinə əməl edən, demokratiyanı, insan azadlıqlarını, onların rifahının yaxşılaşdırılmasını hər şeydən üstün tutan bir ölkənin, Azərbaycanın fərqini bir daha anlamaq məcburiyyətində qaldı.
Ölkələrin bir çoxu pandemiya ilə mübarizə istiqamətində hazırda müxtəlif yardımlar alır, məsələn, Ermənistan kimi ölkə də bu yardımlara sadəcə göz dikib və yardımlardan asılı vəziyyətə düşüb. Amma, Azərbaycan nəinki bu pandemiya şəraitində öz daxili paroblemlərini öz daxili potensialı, gücü hesabına həll edir, eyni zamanda digər ölkələrə, eləcə də Ümumdünya Səhiyyə Təşkilatına da yardımlarını, vəsaitlərini əsirgəmir. Ən böyük fərq də elə budur. İndi Azərbaycana əzələ nümayiş etdirməyə cəhd edən, bir zamanlar işğal etdikləri Dağlıq Qarabağ torpaqlarının müdafiəsi məsələsi ilə bağlı guya hazırlıqlı olduqlarını göstərməyə çalışan və hər dəfə də gülünc duruma düşən Ermənistan ölkəmizlə fərqini, potensial imkanlar baxımından çox aşağı olduğunu çox yaxşı başa düşür və bunu həmin ölkə ictimaiyyətinin böyük əksəriyyəti də etiraf edir. Ermənistana məxsus mətbuat səhifələrinə nəzər saldıqda bir daha şahidi oluruq ki, müxtəlif siyasi partiyalar, ayrı-ayrı qurumlar, bir zamanlar hakimiyyəti təmsil edən tanınmış siyasətçilər, hətta indiki hakimiyyət daxilində olan qüvvələr belə öz acınacaqlı vəziyyətlərini etiraf edir, öz hakimiyyətlərini tənqid edir və həyəcan təbili çalırlar. Çünki, yaxşı başa düşürlər ki, bu ölkə çox ağır duruma, uçuruma sürüklənir və yaxın zamanda tarixdən silinmək qorxusu ilə üz-üzədir. Eləcə də, çox yaxşı anlayırlar ki, daim düşmən mövqe nümayiş etdirdikləri, hər fürsət düşdükdə həmlə etdikləri, özlərinə rəqib bildikləri Azərbaycanla müqaisəyə belə gəlməz durumdadırlar. Yaxşı başa düşürlər ki, Azərbaycan, ancaq sözdə və populist çıxışlarda şişirdilən Ermənistandan dəfələrlə güclü, dəfələrlə qüdrətlidir. Bu isə ermənilərin hər biri üçün ölümdən də betər həqiqətlərdir ki, onlar bu həqiqətərlə üz-üzə dayanmaq məcburiyyətindədirlər.
Bir növ, koronavirus nəinki saf-çürük etdi, hətta bütün dünya ictimaiyyətini də sanki, aydın şəkildə görməyə, tanımağa, görüb-tanıdığını etiraf etməyə dəvət etdi. Pandemiya virusla, yalnız mikraskopla görünə bilən bir zərrə ilə mübarizədə aciz Ermənistanın dünya miqyaslı qlobal layihələrə imza atan, onları reallaşdıran, bütün sahələrdə özünü doğruldan, hətta indiki çətin durumda belə sərhəddən kənara yardımlarını belə əsirgəməyən Azərbaycanla müqaisəyə gəlməz olduğunu bir daha aşkara çıxardı, isbatladı. Açığı, koronavirus hələ indi bütün dünyanı silkələsə də, erməni virusları, daha doğrusu hay viruslar uzun zamandır yer kürrəsini xəstə təxəyyülləri ilə murdarlamaqda idilər və onlar indi bundan məhrum olurlar. Onlara bu məhrumiyyətləri yaşadan, özlərini öz yalanlarının qurbanına çevirən, uğurları, qələbləlri, potensialı, mübarizə əzmi, qüdrəti ilə gözlərini çıxaran isə Azərbaycan dövləti, onun uzaqgörən rəhbəri, Prezidentidir. Bir az daha dəqiq desək, pandemiya vəziyyətində öz uğurları, nailiyyətləti, öz qüdrəti ilə Azərbaycan təkcə korona deyil, erməni adlı virusa da qalib gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB