Anar Xəlilov: "Konstruktiv müxalifət təxribatçıların məhkəmə qarşısına çıxarılmasını təklif edirlər" RƏY-ÖZƏL

Anar Xəlilov: "Konstruktiv müxalifət təxribatçıların məhkəmə qarşısına çıxarılmasını təklif edirlər" RƏY-ÖZƏL

Konstruktiv müxalifət partiya sədrləri Sevinc Osman qızı ilə Əli Kərimliyə qarşı cinayət işinin qaldıraraq onların məhkəməyə cəlb edilməsi çağırışlarını səsləndirirlər. Sual yaranır, bu çağırışların reallığa çevrilməsi nə dərəcədə mümkündür və məhkəmə olarsa şər və böhtanlar səsləndirən digər müxalif şəxslər nəticə çıxara bilərmi? Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirib ki, pandemiya dövründə Azərbaycanın uğurlarına sevinməyən istər xarici və ya daxili qüvvələr fəallaşıblar.

Şura üzvü qeyd edib ki, xarici söyüş kollektivindən tutmuş, erməni xüsusi xidmət orqanları, daxili azsaylı müxalif qüvvələr və beynəlxalq anti-Azərbaycan qrupları sosial şəbəkələrdə təxribat və çaşdırıcılıqla məşğuldurlar: "Məqsəd Azərbaycan hökumətinin virusa qarşı mübarizədə apardığı uğurlu mübarizəni qara yaxma ilə ləkələmək, vətəndaşları çaşdırmaq, və virusa yoluxmanın kütləvi hal al almasına nail olmaqdır. Bunlar virusun kütləvi yoluxması nəticəsində Azərbaycan səhiyyəsinin çökməsini planlaşdırır və bunda da hökuməti günahkar çıxarmağa çalışırlar. Xüsusilə sosial şəbəkələrdə trolları ilə birgə fəal təbliğat mexanizmini işə salaraq uydurma, heç bir elmi əsası olmayan fikirlərlə insanları virusa qarşı mübarizəyə yox əksinə onların həyatıyla oynayaraq təhlükəyə sövq edirlər. Nəzərə almırlar ki, bu əməlləri ilə həm Azərbaycan dövlətçiliyini, həm də vətəndaşım həyatını təhlükəyə atırlar. 1990-cı ilin 20 yanvar hadisləri zamanı olduğu kimi xalqı qırğına vermək və hakimiyyət uğrunda mübarizə aparmağı düşünürdülər o dövrdə də SSRİ-nin dağılması prosesi qlobal səviyyədə getdiyi bir anda Qarabağda erməni separatçılarına, Topxana meşəsinin qırılmasına, Ermənistandan qovulmuş 200 min qaçqına görə mübarizəyə qalxan Azərbaycan xalqını sovet tanklarının altına əliyalın ataraq qırğına şərait yaradan bu insanlar yenə o dövr təxəyyülü ilə çıxış edirlər. Qlobal problem olan “COVİD-19” pandemiyası bu gün bütün dünyanı öz cənginə almışdır. Bu bir dünyəvi problemdir. Dünyanın aparıcı dövlətləri belə bununla mübarizədə aciz durumdadırlar”.

A.Xəlilov onu da bildirib ki, Azərbaycan dövləti başda Prezident olmaqla bu gün dünyada nümunə kimi göstərilən addımlarla virusa qarşı tək başına mübarizə aparır və hətta 29 ölkəyə yardım edir: “Müharibə şəraitində olan bir dövlətin atdığı bu addım nümunə deyil bəs nədir? Vətəndaş həmrəyliyi göstərmək əvəzinə anti-Azərbaycan qüvvələrə qoşulub sosial şəbəkələrdə vətəndaşları çaşdırmaq onları təxribata sürükləmək, virusun yayılmasına zəmin yaratmaq isə xəyanət deyil bəs nədir? Bu insanlar başa düşmür ki, virus nəzarətdən çıxarsa minlərlə vətəndaşımız həlak olacaq Azərbaycan iqtisadiyyatı dövləti zəifləyəcək,? Bu əməllər mən hesab edirəm ki, Dövlətçiliyə qarşı atılan addım və cinayətdir. Təbii ki, bütün təxribatlara qarşı Hüquq mühafizə orqanlarının qanun çərçivəsində atdığı addımları təqdirəlayiq hesab edirəm və bunun tərəfdarıyam. İndiki mərhələdə hüquq mühafizə orqanları sosial şəbəkələrə nəzarəti artırmalıdır. Mənim özüm çox təhqirlərə məruz qalıram, lakin bu məni öz yolumdan məqsədimdən döndərə bilməz. Biz ziyalılar bütün gücümüzlə Dövlətçiliyimizi, vətəndaşımızın həyatını qorumaq istiqamətində fəaliyyətimiz artırmalıyıq. Açığı sosial şəbəkələrdə aparılan bu təxribatlar məni ciddi narahat edir. Çünki, vətəndaşlarımızı inanmamağa sürükləyən bu çağırışlar nəticəsində biz xeyli sayda insanlarımızı itirə bilərik. Dövlətin də bu gün əsas məqsədi vətəndaşı qorumaqdır. Bu insanların məqsədi isə vətəndaşları qırğına vermək və bundan siyasi məqsədlərində istifadə etmək. Mən xalqımı bu təxribatlara uymamağa özünü qorumağa Dövlətlə həmrəy olmağa çağırıram. Bizim əsas məqsədimiz bu gün virusa qalib gəlmək olmalıdır bunun isə yolu hamılıqla qaydalara əməl etmək öz yaxınlarımızı, vətəndaşlarımızı və ən əsası səngərdə bu gün düşmənlə üz-üzə olan əsgərlərimizi qorumaqdır. Bu gün baş verən bu ciddi və təhlükəli əks təbliğata qarşı mübarizəni isə daha qətiyyəli aparmalıyıq. Çünki ortada iki vacib faktor var vətəndaşlarımızın həyatı və dövlətçiliyimiz”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə