Azərbaycan ərazisinin qeyd şərtsiz boşaldılması barədə BMT-nin 822 saylı qətnaməsinin qəbulundan 18 il ötür

Azərbaycan ərazisinin qeyd şərtsiz boşaldılması barədə BMT-nin 822 saylı qətnaməsinin qəbulundan 18 il ötür
Birləşmiş Millətlər Taşkilatı Təhlükəsizlik Şurasının (BMT-TŞ) Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin qeyd şərtsiz boşaldılması barədə irəli sürdüyü 822 saylı qətnamənin qəbulundan 18 il ötür. SİA xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 1993-cü il aprelin 30-da 3205 saylı iclasda 822 saylı qətnaməni qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu 1992-ci il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Qeyd edək ki, indiyə qədər BMT-tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə