"Mənsimovun Gülənlə sıx əlaqələri təsdiqlənir" ÖZƏL - ŞƏRH

"Mənsimovun Gülənlə sıx əlaqələri təsdiqlənir" ÖZƏL - ŞƏRH

"Türkiyə mətbuatının məlumatına əsasən, “Fətüllahçı Terror Təşkilatına (FETÖ) üzv olma” ittihamı ilə saxlanılan əslən azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində aparılan istintaq başa çatıb və o, yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsinin qarşısına çıxarılacaq (https://www.sabah.com.tr/gundem/2020/06/12/mubariz-gurbanoglunun-iddianamesi-tamamlandi-gulenin-kisisel-esyalarini-muzede-sergilemis?fbclid=iwar1v7xo3yvoug43_rueor3u14k2fqcyuldqtchxx_6cf-n4g_pziq3a7x1y). İstanbul Cümhuriyyət Baş Prokurorluğunun 26 səhifəlik ittiham aktında Mənsimovun FETÖ ilə əlaqəsini sübuta yetirilən faktlar yer alıb. Belə ki, ittihama görə, Fətullah Gülənə aid olan əşyaları müzeydə sərgilədiyi, onun terror təşkilatının əsas idarəçilərindən Altın İpək, Suat Yıldırım, Süleyman Uysal ilə tez-tez telefon əlaqəsində olduğu, FETO-nun Rusiya “imamı” Ahmet Hamdi Vuralla iş yerində görüşdüyü təsbit edilən Mənsimovun görüş zamanı dinləməyə qarşı “Jammer” cihazından istifadə etdiyi bildirilir. İttiham aktında Mənsimovun FETÖ və PYD silahlı terror təşkilatlarının bir sıra sahələrdəki rəhbərləri ilə əlaqələrinin 2016-cı ilədək davam etdirdiyi barədə şahid ifadələri də yer alıb. İttiham aktındakı faktları ümumiləşdirsək, Mənsimovun terror təşkilatının rəhbəri Fətullah Gülənlə yaxın olduğu, ona maddi və təşkilati dəstək verdiyi görünür". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, təbii ki, əslən azərbaycanlı bir iş adamının mövcud durumu təəssüf doğurur: "Ancaq bununla yanaşı, ittiham aktı Mənsimovun qaranlıq və çirkin işlərə girişməsini göstərir. Vurğulamaq yerinə düşər ki, müəyyən xarici və daxili dairələr Mənsimovun həbsində Azərbaycandan kimlərinsə maraqlı olması, xüsusilə bu məsələdə SOCAR-ın adını hallandırılaraq heç bir fakta əsaslanmadan qərzli informasiyaları dövriyyəyə buraxırdılar. Bu kimi əsassız iddialarla hakimiyyəti gözdən salmağa cəhdlər edilirdi. Təəssüf ki, Mənsimovun özü və yaxın ətrafı da bu kimi şaiələrin yayılmasında maraqlı görünürdü. İndi ittiham aktı ilə tanış olduqda bu iyrənc kampaniyanın nə qədər əsassız olduğu bir daha tam çılpaqlığı ilə üzə çıxır. Mənsimov azərbaycanlı iş adamı kimi heç vaxt öz Vətənindən zərbə almayıb, əksinə dəstək görüb. Əgər o, ittiham aktına istinad etsək, FETO ilə işbirliyinə gedibsə, özünə də, Azərbaycana da başucalığı gətirməyən işlərə girişibsə, iş adamı olmaqdan çıxıb siyasiləşibsə, günahı kənarda axtarmaq lazım deyil. İttiham aktı ilə tanışlıqdan sonra Mənsimovun yeri gəldi-gəlmədi niyə siyasətə baş vurması, ayrı-ayrı hökumət adamlarını ittiham etmək üçün mətbuatla sıx işləməyə başlaması ilə bağlı çoxsaylı suallar meydana çıxır. Həmin sualların cavabları əslində məlumdur. Amma indiki məqamda onlara toxunmaq doğru çıxmaz...İttiham aktı ortadadır və bir daha təəssüf ki, bu, Mənsimovun Gülənlə sıx əlaqələrini, qeyri-qanuni fəaliyyətini ortaya qoyur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə