Türkiyə Yunanıstana ixrac etdiyi 750 milyon kubmetr təbii qazın satışını dayandıracaq. SİA-nın Türkiyə mətbuatın istinadən verdiyi məlumata görə, Azərbaycandan alınan təbii qazının hamısı ölkə daxilində istifadə olunacaq.
Mövzu ilə əlaqədar "Röyters"ə açıqlama verən Türkiyənin bir səlahiyyətlisi bildirib ki, Türkiyə Azərbaycandan alınan 6,6 milyard kubmetr təbii qazı almaqda davam edəcək. Yunanıstan Azərbaycan qazını Türkiyədən keçən boru xətti vasitəsilə birbaşa alacaq. Səlahiyyətli tərəflər arasında razılaşmanın yaxın aylarda imzalanacağını deyib.
Qeyd edək ki, Türkiyə 2008-ci ildən Yunanıstana qaz ixrac edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB