“Ermənistan qondarma rejimin "andiçmə" mərasimini Xankəndində də keçirə bilərdilər. Şuşanın Azərbaycan üçün mədəni-mənəvi anlam kəsb etdiyi üçün onlar bunu qəsdən ediblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Qondarma seçkidə “qalib” gələn Araik Artunyan formal bir fiqur olduğunu deyən politoloq söyləyib ki, o, Rusiyaya bağlı şəxsdir: “Qarabağdakı separatçı qurum əsasən Rusiyanın "102-ci hərbi" bazası tərəfindən idarə olunur”.
M. Əsədullazadənin fikrincə, Ermənistanın işğal olunmuş ərazilərində reallaşdırdığı hərbi infrastrurktur layihələr, həmçinin müdafiə xəttini gücləndirməsi, yeni silahların buraya yerləşdirməsi, açıq şəkildə danışıqlarda hər hansı bir güzəştə getməyəcəklərini göstərir: “Bir məsələni bilməliyik ki, Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. Artıq 30 ildir ki, eyni senari davam edir. Görünən odur ki, Ermənistan bundan sonra da siyasətini davam etdirəcək”.
O qeyd edib ki, Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir: “Azərbaycan dövləti tərəfindən ordunun maddi-texniki bazası kifayət qədər gücləndirilib. Orduya ayrılan vəsait demək olar ki, silahlı qüvvələrin dünya reytinq sırasına yüksəlib. Ordumuzun güclənməsi, heç də Rusiyadan aldığımız silahlar hesabına olmayıb. Bu, əsasən tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla hərbi-texniki əməkdaşlığımın bariz nümunəsidir. Yalnız geosiyasi şərtlər daxilində Türkiyə ilə birgə koordinasiyalı çalışaraq hərbi təzyiqlərlə vəziyəti dəyişmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB