Tarix unudulmur…

Siyavuş Novruzov: “Milli Şura"nın müzakirə etdiyi məsələ onların xislətini ortaya qoyur”

Deyir haqq nazilər, amma üzülməz. Bəli bu gün Azərbaycanın tarixinə qara ləkə kimi həkk olunan AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri və müxalifətdə olduqları 27 illik ərzində əməlləri, etdikləri cinayətlər unudulmur. Və xalq tərəfindən 2003-cü ildən arxivin zibilliklərinə tulladılan AXC-Müsavat hakimiyyəti dövründə özbaşınalıq, korrupsiya, talançılıq, rüşvətxorluğu da unudulmur. Prezidenti İlham Əliyevin Sumqayıt və Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışlarında fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışları açıq-aydın şəkildə bir daha AXC-Müsavat hakimiyyətinin xəyanətkar simasını, anti-demokratik mahiyyətini ifşa etdi. Bəli, ölkə Prezidenti tamamilə haqlıdır: "Tarix unudulmur və yaxın tariximizin canlı şahidi olan insanlar hələ həyatdadırlar". Və bu gün bu cinayətkarların "Milli Şura" deyilən qurumda birləşərək keçirilən səviyyəsiz yığıncaqları da bir daha onların əsil simalarını nümayiş etdirir.

Siyavuş Novruzov: "Azərbaycan xalqı çox haqlı olaraq, bu şəxslərin üstündən vaxtında xətt çəkib və tarixin arxivinə, zibilliyinə yollayıb"

"Milli Şura" adlı qurumun qapalı iclasında iştirak edənlər yenidən hər şeyi iqtidarın üzərinə atmağa cəhd etdilər. Onlar əvvəlcə Azərbaycan xalqından üzr istəməli idilər”. Bunu YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, onlar öz daxili aləmlərini, daxili düşüncələrini və kimlərin müdafiəçisi olduqlarını açıq şəkildə ortaya qoymuş oldular: «Oradan müxtəlif adamların istefası bir daha göstərdi ki, onlar üçün Azərbaycan xalqı, milləti, dövləti və dövlətçiliyi əsas deyil, əsas olan ayrı-ayrı qruplardır. Neçə illərdir bu şəxslər Azərbaycan xalqına qarşı apardıqları işlərdə erməni dəyirmanına su tökməklə, ermənilərin maliyyəsi hesabına istər Azərbaycandan kənarda, istərsə də Azərbaycan sərhədləri daxilində antiazərbaycan təbliğatı aparmaqla, saxta miqrant sənədləri satmaqla məşğuldurlar. Bu, artıq həmin şəxslərin Azərbaycan cəmiyyətində “pasportu”dur. Azərbaycan cəmiyyətində həmin qruplara qoşulan insanlar o cür “pasport”a layiqdirlər”.

YAP rəsmisi onu da qeyd edib ki, bu adamlar canlı yayım vasitəsilə qapalı iclası Avropaya yaymaqla məşğul olublar: “Avropada bu cür qruplara diqqət böyükdür. Gültəkin Hacıbəyli də qapalı iclasda bu fikri səsləndirir ki, bizə diqqət böyükdür və Avropadakıların da bizdən tələbi budur. Yəni Azərbaycan xalqının düşüncəsi bu qrupları maraqlandırmır, Avropanın, Amerikanın bunlardan tələbi nədən ibarətdirsə, həmin tələbləri də yerinə yetirməklə məşğuldurlar. Tanınmamış bir adamın qaldırdığı məsələ ilə bağlı xalqın “taleyüklü” məsələsi ilə məşğul olan "Milli Şura"nın nəyi müzakirə etdiyi onların xislətini ortaya qoyur. Azərbaycan xalqı çox haqlı olaraq, bu şəxslərin üstündən vaxtında xətt çəkib və tarixin arxivinə, zibilliyinə yollayıb. Bu insanlar özlərinə qarşı olanları və yaxud da onları dəstəkləyənləri müzakirə edirlər”.

Eks-spiker Rəsul Quliyev: "Cəmil Həsənli kimi başı boş, ağıldan kəm adamları heç bir yazı ilə anlatmaq mümkün deyildir"

Göründüyü kimi, həqiqətən də tarix unudulmur və bu gün "Milli Şura"nın virtual iclasının sosial mediada yayılan məlum videosuna münasibət bildirən eks-spiker Rəsul Quliyev bildirib ki, “Milli Şura" adlanılan qurumun iclasının canlı yayıma çıxması həmən mənə göndərildi. Onsuz da bu şuradan ağıllı bir şey gözləmirdin, ancaq bu səviyyədə neqativ səviyyədə olduqlarını düşünürdüm. Çünki ondan öncə də də belə iclaslarda ağızları köpüklənən-köpüklənə ağılasığmaz biədəb sözlər işlətmişdilər. Bu iclasda da qomosoksial birisini kişi ... (fahişəsi) adlandırması və onun arxasınca Hitler nə üçün bunların kökünü kəsib qurtarmadı bağırması və orada oturanların bu sayaqlamanı gülüş ,yəni alqışla qarşılanması mənim bu məsələyə qayıtmaq və nəsə yazmaq həvəsimi sıfıra çatdırdı. Və özünü "görkəmli tarixçi" "professor" sayan Cəmil Həsənli kimi başı boş, ağıldan kəm adamlarla niyə cavab vermədi? Çünki özü də elə o səviyyədir onları nə danışman, nə də bir yazı ilə anlatmaq mümkün deyildir. Çünki bu o başı boş "Milli Şura"nın "sədri" Cəmil Həsənli 2007-ci ildə hökumətin dostu olması da Milli Akademiyaya müxbir üzv seçilməsinə kömək etmədi, buna baxmayaraq özünü ən "görkəmli tarixçi", "professor" adlandıran şəxsin yazısını oxudum və bununla əlaqədar yazı yazmamağın mümkünsüzlüyünü anladım. Çünki xəyalında özünü müxtəlif vəzifələr sahibi, "görkəmli tarixçi", "professor" sayan Cəmil Həsənli kimin kiminlə hansı intim münasibətlə yaşadığını müzakirə etmək üçün qapalı iclas keçirirdiniz, "anna" müxalifətin işi budur".

İqbal Ağazadə: "Əslində, Milli Şura deyilən təşkilat yoxdur”

"Ümid" Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, “Milli Şura"nın onun üçün heç bir marağı olmadığını deyib: ""Milli Şura" mənim üçün maraqlı olmadığına görə, orda gedən prosesləri daimi izləmirəm. Çünki əslində, "Milli Şura" deyilən təşkilat yoxdur və yox olan qurumla bağlı baş verənlər cəmiyyət üçün o qədər də maraqlı deyil. İstənilən halda, eşitdiklərim və informasiya kanallarından izlədiklərim onu deməyə əsas verir ki, heç bir halda hüquqi dövlət anlayışından kənara çıxmaq və hüquq dövlətindən kənar münasibətlər sistemi yaratmaq, insanları aşağılamaq doğru deyil. Bu, əslində, çox böyük yanlışlıqdır”.

O qeyd edib ki, "Milli Şura"nın buraxılması heç nəyi dəyişməz: “Milli Şura"ya onsuz da çox adam qoşulmayıb. Bundan sonra da kim bu quruma qoşulmaq istəmirsə, qoşulmasın. Onsuz da onlar məhdud saydadırlar. "Milli Şura"nın varlığı ilə yoxluğu siyasətdə heç nəyi dəyişməyəcək. Əslində, Milli Şura deyilən təşkilat yoxdur, AXCP var. Mən bu gün Ümid Partiyasının yanında “Beynəlxalq Şura” adlı qurum yaradıb, öz üzvlərimi də ora transfer edə bilərəm. Amma bu heç nəyi dəyişməyəcək”.

Göründüyü kimi, istər Əli Kərimlinin, istərsə Cəmil Həsənlinin, Arif Hacılının, İsa Qəmbərin, Gültəkin Hacıbəylinin və bu kimilərin zaman-zaman daxillərindəki çirkablıqlarının açıq mənzərəsidir və söz yox ki, cəmiyyət belələrinə nifrət edir, eyni zamanda, onların Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə saymaq da olmaz. Ancaq, unutmamalıyıq ki, milçək murdar olmasa da, ürək bulandırır. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər və lazım olan zaman çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!

Göründüyü kimi, zaman-zaman istər Əli Kərimlinin, istərsə Cəmil Həsənlinin, Arif Hacılının, İsa Qəmbərin, Gültəkin Hacıbəylinin və bu kimilərin daxillərindəki çirkablıqlarının açıq mənzərəsidir və söz yox ki, cəmiyyət belələrinə nifrət edir. Düzdür, onların Azərbaycan üçün hər hansı bir şəkildə təhlükə saymaq da olmaz. Belələri Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış edən aşkar düşmənlərimiz - ermənilərin nökərləridirlər və lazım olan zaman çoxdan çatıb. Həmin zaman ki, belə xainlər barədə ciddi ölçülər götürülsün!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə