"Xalq bir daha hiss etdi ki, dövlət hər zaman onun yanındadır" ÖZƏL-MÜNASİBƏT
"Pandemiya dünya ölkələrinin sosial-iqtisadi həyatına ciddi mənfi təsir göstərib. İlin əvvəlində 2020-ci ildə dünya iqtisadiyyatının 7%-ə qədər artacağı proqnozlaşdırıldığı halda, indi mənfi 0,3%-ə enəcəyi haqqında məlumatlar açıqlanır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, pandemiya dünyada ölkələrarası əlaqələrin məhdudlaşdırılmasına, bir çox istehsal sahələrinin bağlanmasına, işsizliyin artmasına və əhalinin sosial rifahının pisləşməsinə gətirib çıxarıb. Həm də, dünya bazarında neftin qiymətində kəskin azalmalar baş vermiş, bu da neft istehsalçısı olan ölkələrin gəlirlərini kəskin azaldıb: "Təbii ki, Azərbaycan da neft istehsalçısı olduğundan bizim neft gəlirlərimiz də azalmışdır. Amma ölkə başçımızın uzaqgörən siyasəti sayəsində çətin dövrlərdə ölkədə iqtisadi fəallığının qorunması və sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün ehtiyat yastığını yarada bilmişik. Həm də bu illər ərzində qeyri–neft sektorunun inkişafında irəliləyişlərə nail olmuşuq. Yola saldığımız 4 ayda ölkəmizdə iqtisadi artım 0,2%, qeyri-neft sənayemiz 13% artmışdır. İlin sonuna qədər bizdə də iqtisadi artımın aşağı enəcəyi gözləniləndir. Amma bütün bunlara baxmayaraq, biz pandemiyanın təsirlərini minimumlaşdırmaq məqsədi ilə ölkədə iqtisadi fəallığının bərpa edilməsinə və əhalinin sosial rifahına dövlət dəstəyi proqramlarını icra edirik. Bu, pandemiyanın birbaşa təsir göstərdiyi sahələrə iqtisadi dəstəyinin göstərilməsini özündə ehtiva edir.
Fəaliyyətləri dayanmış sahibkarlıq subyektlərinə onların dövlət büdcəsinə ödədiyi vergilərin səviyyəsinə görə bir dəfəlik maliyyə dəstəyi göstərilir. Həm də, həmin müəsisisələrdə iş yerlərinin bağlanmaması üçün karantin müddətində əmək haqlarının 250-712 manat intervalında dövlət büdcəsindən ödənilməsi həyata keçirilir. Dövlət sektorunda əmək fəaliyyətinə məhdudiyyət qoyulmuş 910 min şəxsin, qeyri-neft sektorunda isə 710 min şəxsin əmək haqları dövlət büdcəsi hesabına ödənilir. Bununla yanaşı iki ay ərzində 600 min işləməyən şəxsə 190 manat vəsait ödənilir. 90 min ödənişli ictimai iş yerləri yaradılmışdır. Ünvanlı sosial yardımı proqramının əhatə dairəsi genişləndirilib. Özünəməşğulluq proqramına cəlb olunacaq ailələrin sayının 12 minə çatdırılması nəzərdə tutulur. Ahıl şəxslərə sosial xidmət təşkil olunmuş, aztəminatlı ailələrdə olan tələbələrin təhsil haqlarının ödənişini dövlət öz üzərinə götürüb. Ümumilikdə sosial –iqtisadi proqramlarının həyata keçirilməsinə dövlət büdcəsində 3,5 milyard manat vəsait ayrıldı. Onu da qeyd etmək istəyirəm ki, pandemiyanın təsirlərini minimuma endirmək və əhalinin sosial –iqtisadi rifahına dövlət dəstəyi proqramların həcminə görə Azərbaycan regionda lider ölkədir. Bu gün demək olar ki, hər bir vətəndaşımız bu proqramlardan yaralanır və çox yüksək dəyərləndirirlir. Xalq bir daha hiss etdi ki, dövlət hər zaman onun yanındadır. Cənab Prezidentə hər gün ünvanlanan təşəkkür məktubları da xalqın Prezidentinin siyasətindən məmnunluğun ifadəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB