“Aşınmış qurumun Azərbaycana verə biləcəyi heç nə yoxdur” ÖZƏL-ŞƏRH

“Aşınmış qurumun Azərbaycana verə biləcəyi heç nə yoxdur” ÖZƏL-ŞƏRH

Son günlər “Milli Şura” ətrafında baş verənlər bu qurumun mənəvi cəhətdən nə qədər deqradasiyaya uğradığını bir daha göstərir. Bu sözləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, bu adamlar çox ciddi qlobal problemlər müzakirə olunmaqda ikən durub hansısa cinsi azlıqlar məsələsini gündəmə gətirirlər və bunun ətrafında müzakirə aparırlar, biriləri küsür, ayrılır, başqaları cinsi azlıqları müdafiə etməklə məşğul olur.

“Açığını deyim ki, Azərbaycan siyasi gündəminin belə bir problemi olmadığı halda bunlar niyə məhz belə bir mövzuya yön veriblər, bunu anlamaqda çətinlik çəkirəm. Yəni, bu saat dünya, eləcə də Azərbaycan koronavirus pandemiyasının müzakirəsi ilə məşğuldur. Yəni, bu bəladan necə qurtulmağın yolları haqqında müzakirələr aparılır. Hakimiyyətdə, müxalifətdə olmasından asılı olmayaraq hər kəs xalqımızın, dünyanın bu bəladan qurtulması üçün çalışmaqdadır. Yəni, insanlar demək olar ki, bütün işlərini kənara qoyub, məhz bu problemlə məşğuldurlar. Amma bu “Milli Şura” adlanan qurumun başında duran yaşlı-balı adamların müzakirə etdiyi cinsi azlıqlar kimi mövzulara baxın. Heç Amerikada, Avropada belə bu məsələlər müzakirə olunmur ki, oralarda bu məsələlərin müzakirəsi adi haldır. Azərbaycan cəmiyyətinin isə belə bir dərdi, belə bir problemi yoxdur. Ümumiyyətlə, belə bir istəyi yoxdur ki, cinsi azlıqlar müzakirə olunsun. Bunlarsa müzakirə açırlar. Görünür, bütün vasitələri tükənib. Görünür özlərinə diqqət cəlb etmək üçün kontingent, yeni kontingent axtarışındadırlar və təbii ki, əvvəlki kontingentləri aldatdıqlarına görə, ümidlərini doğrultmadıqlarına görə onlardan əllərini üzüblər, yeni contingent axtarışındadırlar və eyni zamanda da xüsusən də Qərb ölkələrində bu tip məsələlərə həssas olan böyük pullara sahib mərkəzlərin diqqətini cəlb etmək istəyirlər. Əlbəttə ki, belə bir aşınmış, deqradasiyaya uğramış siyasi təşkilatın Azərbaycana verə biləcəyi heç bir şey yoxdur. Ona görə də onlar lağlağa obyektinə çevriliblər. Mən social mediada görürəm ki, onların videoları paylaşılır, ətrafında da həqiqətən də xoş olmayan müzakirələr gedir. İndi bu adamlara bu xoşdursa, belə müzakirələrə səbəb olmaq davam etsinlər. Yəni, biz qarışmırıq. Sadəcə olaraq onu deyə bilərik ki, belə bir siyasi qurum mövcud deyil. Sadəcə olaraq bu, hansısa üç-beş blogerin bir klubudur, onlayn fəaliyyət göstərən klubu ki, ara-sıra ortalığa bir mövzu atıb özlərini gülünc vəziyyətə qoyurlar”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə