"Canlı ünsiyyət istəyənlər tələblərə əməl etməlidirlər” ÖZƏL-MÜNASİBƏT

"Canlı ünsiyyət istəyənlər tələblərə əməl etməlidirlər” ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə bütün dünyanı bürüyən koronovirus gündəlik həyat tərzində bir çox məsələlərə məcburi qaydada insanları riayət etməyə və günün tələblərinin dəyişdirilməsinə gətirib çıxardı. Beləki pandemiyanın yayılmaması üçün qoruyucu maska, əlcəklərdən istifadə etmək, ara məsafə saxlamaq, kütləvi toplaşmamaq, eyni zamanda şəxsi gigiyenaya ayrılan zamanın daha çox və diqqətli olmasını bu gün bizdən tələb edir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, bütün dünya sərhədlərin bağlı olmasına görə bir-biri ilə təmasdan, gediş-gəlişdən məhrum olunub: "Bugünkü gündə bir çox iqtisadi, mədəni kütləvi idman tədbirləri bu və ya digər səbəblərə görə təxirə salınıb. Bu gün pandemiyanın geniş yayılmaması üçün canlı ünsiyyət insanlara tövsiyyə edilmir. Artıq müəyyən bir müddət davam edən bu proses təbii ki, insanların həm psixoloji, həm onların həyata baxışı, həm də tələblərinin dəyişməsinə gətirib çıxardı. Ona görə biz post-pandemiya dövründə gərək canlı ünsiyyət, ailə institutunun qorunması, sosial münasibətlər, cəmiyyətdə bir-birimizə münasibət, sağlamlığımızın qorunması, gediş-gəlişin təmin olunmasında bir çox məsələlərə daha diqqətlə riayət edilməsi, virusun gələcəkdə təkrarlanmaması və yayılmaması üçün tələblərin gündəlik həyat normamıza cəlb olunması mütləqdir. Amma birmənalı olaraq bu pandemiyadan sonra dəyişikliyin gerçəkləşməsi göz önündədir. Ümumiyyətlə canlı ünsiyyəti heç bir şey əvəz edə bilməz. Canlı ünsiyyət insanı həm duyğulandırır, sevindirir, həm də insanın hisslərini hiss etmək üçün onu əyani sübut edərək göstərir. Amma sosial məsafə, online (onlayn) bu insani keyfiyyətləri, insan duyğularını, hisslərini bildirmək üçün canlı ünsiyyəti əvəz edə bilməz. İnsanlar bu canlı ünsiyyətin vacibliyini istəyirlərsə tələblərə əməl etməlidirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə