Qırğızıstan parlamentinin spikeri Ahmatbek Kaldibekov Qazaxıstan parlamentinin rəhbərliyinin dəvəti ilə Qazaxıstana rəsmi səfər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, spiker Qazaxıstan parlamentinin işində iştirak edəcək, rəsmilərlə görüş keçirəcək. Bu barədə Qırğızıstan parlamentinin mətbuat katibi Asel Əliyeva məlumat verib. Aprelin 26-da nəzərdə tutulan səfər iki gün davam edəcək.
Parlamentin deputatları ilə görüşdükdən sonra spiker Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) II plenar sessiyasında da iştirak edəcək. Sessiya Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın müstəqilliyinin 20 illik ildönümünə həsr olunacaq. Sessiyada həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentinin sədrləri ilə Assambleya Şurasının görüşü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB