4 yaşlı uşaq anasını xilas edib

4 yaşlı uşaq anasını xilas edib
İngəltərədə 4 yaşlı İento anasının həyatını xilas edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, uşaq hələ bir yaşında olarkən anasının boyun hissəsində olan ləkəyə maraq göstərirmiş. Uşaq danışmağa başladıqda bir gün anasından nəyə görə ləkənin böyüməyə başladığını soruşub. Anası isə cavabında onun sadəcə çil olduğunu bildirib.

Bir gün İento çilin daha da böyüdüyünü hiss etdiyini bildirib. Bunu eşidən nənəsi qızını həkimə müraciət etməyə məcbur edib. Müayinə anada təhlükəli xərçəngin olduğunu aşkar edib. Lakin xərçəng yeni inkişafa başladığına görə, onun əməliyyat vasitəsilə götürmək mümkün olub. Beləliklə ana müalicə olunaraq ağır xəstəlikdən yan keçib.
"Əgər oğlumun diqqətliyi olmasaydı vəziyyət ağırlaşa bilərdi",- deyə qadın bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə