“Biz AKP olaraq hesab edirik ki, Prezident Administrasiyasında bir sıra partiya sədrləri ilə görüşlər keçirib, müzakirələrin aparılması çox yaxşı haldır. Yaxın ünsiyyətin qurulması baxımdan bu cür dialoqların aparılması vacib məsələdir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyev deyib.
Onun sözlərinə görə, bu cür dialoqların keçirilməsini biz dəstəkləyirik və bir siyasi partiya olaraq bu istiqamətdə aparılan işləri yüksək qiymətləndiririk: “Hesab edirik ki, bir araya gəlib ölkəmiz qarşısında duran məsələlərin həllinə yönələn müzakirələrin aparılması vacibdir. Bu müzakirələrdə hansısa partiya və onun rəhbərliyi iştirak etmirsə, bu onların şübhəli fəaliyyəti yolu tutduqlarını göstərir”.
H.Hacıyev onu da bildirdi ki, bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bir zamanda, ölkə Prezidenti insanların sağlamlığına və sosial vəziyyətlərinin yaxşılaşmasına hesablanan mühüm qərarlar verdi, sərəncamlar imzaladı. Bütün bunları yüksək qiymətləndirir və buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririrk”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB