"Bu həm də post-pandemiya dövründə ixracımızın çeşidinin artması deməkdir" ŞƏRH-ÖZƏL
“Ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışını etdi. Təbii ki, pandemiya dövründə ölkədə tibbi maskaya və qoruyucu kombinezonlara olan tələbatını ödənilməsi baxımından bu müəssisələr çox əhəmiyyətlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun dünyada pandemiya elan olunan zaman ölkəmizdə bu məhsullara kəskin tələbatın artdığını deyən deputat söyləyib ki, bu təlabat bütün dünyada artdığından həmin vasitələrin bütün ölkələrdə qıtlığı yaşandı.
A.Badamov söyləyib ki, o cümlədən Azərbaycanda da apteklərdə tibbi spirt və maska tapmaq problemə çevrilmişdi: “Amma, ölkə başçısının tapşırığı ilə qısa bir zaman kəsiyində Azərbaycanda tibbi spirt və maska istehsalı sahələri yaradıldı. Artıq bu gün hər kəs heç bir çətinlik çəkmədən bu vasitələri sərbəst şəkildə əldə edə bilir”.
Deputat qeyd edib ki, bu müəssisələrin istehsal gücü çox olduğundan istehsal olunacaq məhsulların nəinki ölkəmizdə, hətta yaxın qonşularımıza da ixrac etmək imkanları yaranıb: “Bu ancaq pandemiya dövrünü əhatə etməyəcək. Həm də post-pandemiya dövründə də ixracımızın çeşidinin artmasına imkan verəcək. Hər bir yaranan yeni istehsal sahəsi yeni iş yerləridir. Tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışını həm də işsizliyin azaldılmasına bir töhfə hesab edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB