"Prokurorluq orqanlarının əməkdaşlarının 70 faizə yaxını gənclərdir" Əli Hüseynli
"Prokurorluq orqanlarının əməkdaşlarının 70 faizə yaxını gənclərdir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin I Vitse-spiker Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Bir neçə il öncə ölkə başçısının Korrupsiya ilə Mübarizə İdarəsinin inzibati binasının açılışında Azərbaycanın korrupsiyaya qarşı mübarizədə də ön planda olacağı ilə bağlı fikirlərini xatırladan Ə.Hüseynli söyləyib ki, Kamran Əliyevin bu vəzifəyə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyətində də müsbət qarşılanıb: "O, xaricdə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb və vətənə xidmət edib. Korrupsiya cinayətlərinə qarşı qətiyyətli mübarizəni təqdir edir. Bu illər ərzində Baş Prokurorluq və Milli Məclis, millət vəkilləri arasında əməkdaşlıq mövcud olub və ümid edirəm ki, bundan sonra da bu davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB