“Xalqın yolunda atdığınız bütün addımlar rəğbətlə qarşılanır” Ziyalı məktubu
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimovun ölkə başçısına ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:
Əziz Prezidentimiz.
Vətənimizin Sizin birbaşa adınız və fəaliyyətiniz ilə bağlı olan şanlı tarixi illəri ərzində Azərbaycan xalqının möhtəşəm yüksəlişi və inkişafı Sizin üçün həmişə başlıca amal və müqəddəs bir vəzifə olub. Bu gün zaman bəşəriyyəti və onun bir parçası olan Azərbaycan xalqını koronavirus xəstəliyi ilə sınağa çəkərkən bizim hər birimiz bir daha bu həqiqətin şahidi oluruq. Bütün dini kitablarda günahsız bir insanı ölümdən qurtarmaq müqəddəs və təqdir olunan əməl sayılır. Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkhaqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bütün bunlar Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinizin tam mənası ilə sübutudur.
Möhtərəm Prezidentimiz, biz – Xəzər rayonunun ziyalıları, habelə rayonumuzun qədirbilən və Siz çox sevən sakinləri həmişə olduğu kimi, bu çətin günlərdə də Azərbaycanımız yolunda atdığınız bütün addımları rəğbətlə qarşılayır, xəlqi mahiyyət daşıyan bu işlərdə Sizləri dəstəkləyirik. Hər şeyə görə minnətdarıq. Var olun, sağ olun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB