Kiryuşin İqor: “Ukrayna 2015-ci ildə Azərbaycandan 5 mlrd. kubmetr mayeləşdirilmiş qaz almaq istəyir”
Ukrayna 2015-ci ildə Azərbaycandan 5 mlrd. kubmetr mayeləşdirilmiş qaz almaq istəyir. SİA-nın xəbərinə görə, bunu Ukraynanın Energetika nazirliyinin neft, qaz, torf, neft istehsaletmə və alternativ enerjinin əldə edilməsi məsələləri üzrə departamentinin rəhbəri Kiryuşin İqor Vladimiroviç deyib. O, qeyd edib ki, mayeləşdirilən qazın 2015-ci ildə bitməsi nəzərdə tutulan qaz borusu vasitəsilə nəql edilməsi nəzərdə tutulub: "Biz Azərbaycan tərəfini tikintisi 2015-ci ildə bitməsi nəzərdə tutulan qaz borusunun tikintisində investor kimi iştirak etməsini təklif edirik. Eyni zamanda Ukrayna həmçinin Azərbaycanın mayeləşdirilən qazının idxalını nəzərdə tutan layihələrdə iştirak etmək niyyətini bildirib. Hazırda bu danışqlar nazirlik səviyyəsində gedir. Buna baxmayaraq biz təklifmizi bildirdik. Rəsmi Bakı hələ bu təklifə cavab verməyib".
Neft sahəsində əməkdaşlığa gəlincə Ukraynanın Energetika nazirliyinin department rəhbəri bu sahədə danışıqların davam etdiyini qeyd edib: "Rəsmi Kiyev Azərbaycan neftini Avropaya ötürmək üçün hazırdır"-deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB