“Fukuşima-1”də ümid robotlaradır

“Fukuşima-1”də ümid robotlaradır

Yaponiyada nüvə böhranında davam edən radiasiya təhlükəsinə qarşı bu dəfə robot formulu tətbiq olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Fukuşima-1" nüvə stansiyasının 1 və 3 nömrəli reaktorlarına göndərilən ABŞ istehsalı iki robotdan alınan istilik, təzyiq və radiasiya məlumatları reaktorlardakı radioaktivliyin insanların yaxınlaşmasına maneə olacaq səviyyədə olduğunu göstərib.

 

Hökumət stansiyanın ilin sonuna qədər bağlamaqla əlaqədar planında dəyişiklik olmadığını bildirib. Reaktorların soyutma sistemləri işləmədiyindən işçilər reaktora girə bilmir.

 

Stansiyadan ətrafa yayılan radiasiyanın qarşısının alınmaması ölkəyə siyasi gərginlik də gətirib. Dünən müxalifətdəki Liberal Demokratik Partiyasından olan millət vəkili Masaşi Vaki baş nazir Naoto Kana "başını əyib üzr istəməlisən" deyə qışqırıb. Naoto Kan da "olanlara görə səmimiyyətlə üzr istəyirəm. Hökumət əlindən gələni edir" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə