"Dövlətimiz koronavirusla mübarizədə daha çevik tərpəndi" ÖZƏL-MÜNASİBƏT
“Hesab edirəm ki, Azərbaycan dövləti koronavirusla mübarizədə daha çevik tərpəndi. Vaxtında görülən profilaktik tədbirlər pandemiyadan ölü sayının artmasına imkan vermir”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, ən çox itkini səhiyyənin ən çox inkişaf etdiyi ölkələr verir: “Təbii ki, təhlükə davam edir. Bu isə görülən tədbirlərin uzunömürlü olmasını zəruri edir. İnsanların ehtiyaclarını ödəmək şərtiylə onların evdə qalmasını tələb etmək tam məntiqlidir. Pandemiya dövründə ölkədə həyata keçirilən sosial layihələr, xüsusilə 600 min insana 190 manat vəsaitin ödənilməsi müsbət haldır. “DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılması bu kampaniyanın tərkib hissəsi sayılmalıdır. Sahibkarlar üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Bütün bu tədbirlər pandemiya dövründə insanların daha az əziyyət çəkməsinə hesablanıb. Hesab edirəm ki, imkanlı şəxslər tərəfindən başladılan yardım kampaniyası daha geniş vüsət almalıdır. İmkanlı adamlar bu ağır günlərdə köməyə ehtiyacı olan ailələri darda qoymamalıdır. Biz ancaq dövlət-xalq birliyini gücləndirməklə bu çətin günləri arxada qoya bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB