"Koronavirus dünyaya qlobal və köklü dəyişikliklər gətirəcək" ƏRDOĞAN

"Koronavirus dünyaya qlobal və köklü dəyişikliklər gətirəcək" ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusun yayılmasına görə, dünyanın qlobal və köklü dəyişikliklər gətirə biləcək yeni bir dövrə qədəm qoyduğunu bildirib. SİA-nın xəbərinə görə, Türkiyə mətbuatına müsahibə verən Ərdoğan deyib ki, Türkiyə əvvəldən koronavirus ətrafındakı vəziyyəti diqqətlə izləyir, xəstəliyin yayılmasına qarşı təxirəsalınmaz tədbirlər görür.

Onun sözlərinə görə, dövlət koronavirusun yayılması təhlükəsinin tez bir zamanda aradan qaldırılması üçün bütün imkanları səfərbər etdi: "Qərb ölkələri əsas dövlət xidmətlərini özəl sektora təhvil verdiyi üçün illərdir ki, vətəndaşlarına qayğı göstərmirlər. Əslində bu, öz vətəndaşları ilə bağlı məsuliyyətdən yayınmaq üçün edildi. Dünənə qədər liberalizmin tərəfdarları kimi çıxış edən bəzi Avropa ölkələri bu gün xəstəxanalar və digər əsas ictimai xidmətləri milliləşdirməyə başladılar”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyədə ilk koronavirusa yoluxma faktı martın 10-da Avropadan qayıdan yerli sakində qeydə alınıb. Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanan məlumata görə, hazırda ölkədə 191 nəfər epidemiyaya yoluxub, iki nəfər isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə