Əli Kərimli karantinə alınsın və məsuliyyətə cəlb olunsun! FOTOFAKT!

Əli Kərimli karantinə alınsın və məsuliyyətə cəlb olunsun! FOTOFAKT!

Bəlli olduğu kimi, ölkəmizdə karonavirusla bağlı ciddi tədbirlər həyata keçirilir, dünyanı cənginə alan infeksiyanın yayılmamasının qarşısının alınması istiqamətində aparılan işlərlə yanaşı, eyni zamanda panika, süni təlaş yaratmağa cəhd edənlər də məsuliyyətə cəlb edilirlər.

Lakin təəssüf ki, ölkəmizdə də bəzi ünsürər də var və onlar sabotajçılıq əməlləri ilə məsələni müxtəlif istiqamətlərə yozmağa çalışırlar. Onlardan biri də AXCP sədri Əli Kərimlidir. Sirr deyil ki, AXCP sədri dəfələrlə saxta, yalan xəbərlərinə görə ifşa olunub. Lakin bu dəfə isə onu Azərbaycan Televiziyası ifşa edib.

Əli Kərimli savadsız və məsuliyyətsizdir!

Məsələ ondadır ki, Ə.Kərimli növbəti dəfə klaviaturası arxasına keçərək, “facebook” səhifəsində Az TV-də getmiş reportajdakı fikri kontekstdən çıxarmaqla təxribat törətməyə çalışıb. Lakin adıçəkilən televiziya məlumat yaymaqla saxtakar və sabotajçı Ə.Kərimlini ifşa edib və fikirlərinin yalan olduğunu isbatlayıb: SİTAT “... süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstdən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq, sadəcə olaraq, savadsızlıq və məsuliyyətsizlikdir”.

Məhz bundan sonra Ə.Kərimlinin susqun qalması, daha dəqiq desək, dalana dirənməsi onun öz səhvini boynuna alması kimi qiymətləndirmək mümkündür.

Əli Kərimli Sabunçu kafesində koronavirus yayıb...

Başqa tərəfdən, AXCP sədri ifşa olunmasına baxmayaraq, ataların “qozbeli qəbir düzəldər” məsələsinə tam uyğun olaraq, növbəti dəfə ölkə boyu tətbiq edilən məhdudiyyətlərə qarşı çıxıb. Belə ki, bütün dünyada və ölkəmizdə kütləvi tədbirlərin ləğv edildiyi, qadağan olunduğu bir zamanda “cəbhəçilər” bilərəkdən kütləvi toplantı keçirir, sosial izolyasiya tədbirləri qaydalarını pozurlar. Məlumdur ki, Azərbaycanda 14.03.2020-ci il, saat 00:00-dan etibarən sosial izolyasiya tədbirləri tətbiq edilməsinə baxmayaraq, onlar Sabunçuda kafedə toplaşıblar.

Bununla bağlı Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin “Facebook” sosial şəbəkəsində qeyd edilib və sözügedən məsələdən sonra AXCP sədri Ə.Kərimlinin qanunları pozduğuna görə məsuliyyətə cəlb edilməsi, habelə karantinə alınması tələb olunub. Çünki kütləvi yığıncaqların qadağan olunduğu bir vaxtda kafeyə toplaşan “cəbhəçilərin” istənilən birində, eləcə də Ə.Kərimlidə koronavirus aşkarlana bilər və infeksiya sonradan digər insanlara da yoluxar. Çox yəqin ki, onsuz da məsuliyyətsiz olan Kərimli ciddi nəzarətə götürüləndən sonra anlayar ki, növbəti dəfə hansı səhvə yol verib və onun üçün digər insanların həyatı əhəmiyyətsizdir!

Nəticədə YAP GB-nin gəncləri onun karantinə alınmaqla, həm də məsuliyyətə cəlb olunması tələbini irəli sürüblər. SİTAT: “Artıq cəmiyyətimizdə şübhələr var ki, şəkildə görülən cəbhəçilər koronavirusa yoluxublar. Ona görə də tələb edirik ki, təcili olaraq bütün cəbhəçilər karantinə alınsınlar. Onlar cəmiyyətimizin sağlamlığı üçün təhlükədirlər. AXCP sədri Əli Kərimli isə bilərəkdən izolyasiya qaydalarına biganə yanaşdığı, cəmiyyətə təhlükə mənbəyi olan kütləvi tədbirə razılıq veridiyi üçün məsuliyyətə cəlb edilsin”.

Xatirladaq ki, gənc fəallar bütün ictimaiyyəti, sağlam düşüncəli insanları həmin müraciətə qoşulmağa səsləməklə yanaşı, xüsusi #cebhecilerkarantinealinsin
#elikerimlimesuliyyetecelbedilsin həştəqləri də hazırlayıblar.

“Bütün ictimaiyyət bu müraciətə qoşulsun və insanlarımızı cəbhəçilərin koronavirus yaymaq cəhdindən xilas edək” deyə müraciətdə qeyd olunur.

Rövşən NURƏDDİNİĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə