“İRƏLİ” Marketinq Mərkəzi yeni təlimlərə start verib

“İRƏLİ” Marketinq Mərkəzi yeni təlimlərə start verib

"İRƏLİ"  Menecment Məktəbi layihəsi  çərçivəsində "İRƏLİ" Marketinq Mərkəzinin təşkilatçılığı ilə yeni təlimlər start götürüb. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, marketinq nəzəriyyəsinə giriş mövzusunda keçirilən təlimi AFFA və Təhsil Nazirliyinin Marketinq üzrə mütəxəssisi Yusif Vəliyev keçirib.


Tədbirdə iştirak edən  "İRƏLİ" Marketinq Mərkəzinin rəhbəri Zaur Darabzadə gənclərə marketinq sahəsində "İRƏLİ" Marketinq Mərkəzinin daima dəstək olacağını qeyd edərək, təlim zamanı iştirakçılara dəyərli məlumatlar təqdim etmiş və öz təcrübəsindən geniş danışıb.


İştirakçılara növbəti təlimlərdə Azərbaycanın öndə gedən marketinq mütəxəssislərinin iştirak edəcəyi, gənclərlə öz təcrübələrini paylaşacaqları bildirilib. Maraqlı disskusiyalar və müzakirələr şəklində davam edən təlimlərin iki ay müddətində davam etməsi planlaşdırılır.


Gələcəkdə "İRƏLİ" Marketinq Mərkəzi tərəfindən müxtəlif layihələr çərçivəsində bu sahəyə marağı olan gənclərin mütəmadi olaraq bir araya toplanaraq maarifləndirici görüşlər keçirilməsi planlaşdırlır.

Bütün xəbərlər Facebook səhifəmizdə