“Türkiyənin hərbi əməliyyatları sübut etdi ki...” Ərdoğandan bəyanat
Türkiyə özünü saxlaya bilir və müharibəyə doğru can atmır. SİA xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə parlamentindəki Suriyanın şimal-qərbində həyata keçirilən “Bahar qalxanı” əməliyyatı ilə bağlı dediyi fikirlərini Anadolu agentliyi yazır.
“Türkiyə SQ-nin son əməliyyatları bütün tərəflərə sübut etdi ki, ordumuz necə effektli şəkildə mübarizə aparmağı bacarır. Lakin biz müharibəyə doğru can atmırıq”, deyə vurğulayan Ərdoğan suriyalıları Bəşər Əsədin ümidinə buraxmayacağını da bildirib.
Bundan əlavə, türk lider Türkiyə-Yunanıstan sərhəddindəki vəziyyətə də toxunub: “Ankara Aİ-nin bütün tərəflərinə, xüsusilə Yunanıstana çağırış edir ki, insan haqları ilə bağlı deklarasiyaya uyğun hərəkət etsinlər, qaçqın və miqrantların hüquqlarına hörmət etsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB