Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. SİA xəbər verir ki, məktubda deyilir: Hörmətli cənab Prezident, Əziz Qardaşım, Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə