Rəvan Bağırov: "Bugünkü reallıqda Türkiyə ilə Rusiya münasibətləri inkişaf edir" RƏY- ÖZƏL

“Baxmayaraq ki, aralarında kifayət qədər ziddiyyətli məqamlar var artıq uzun müddətdir ki, həm Türkiyə həm də Rusiya qarşıdurmadan uzaq durmağa, qarşıya çıxan məsələləri qarşılıqlı uzlaşan maraqlar çərçivəsində həll etməyə çalışırlar”. Bu fikirləri SİA-ya Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırov deyib.

Türkiyə ilə Rusiya arasında Suriyanın İdlib bölgəsində 5 türk hərbçisi və 3 dinc sakinin ölümü ilə nəticələnən insidentdən sonra yaşanan gərginliyin davam etdiyini deyən R. Bağırov söyləyib ki, hazırki mərhələdə ortaq strateji layihələri olan hər iki dövlətin yeni bir münaqişəyə və yaxud gərginliyə daxil olması heç də inandırıcı görünmür.

“Hesab edirik ki, hər iki ölkənin apardığı qarşılıqlı danışıqların nəticəsi bölgədəki sabitliyə və iki ölkə arasındakı uzunmüddətli əməkdaşlığın davamına əsas verəcək. İnanırıq ki, görüşlərin nəticəsi olaraq qarşılıqlı münasibətlər aydınlaşdırılacaq və gərginlik aradan qalxacaq”- deyə, Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə