“Jurnalist etika qaydaların pozurlarsa, deməli maraq dairəsi var” RƏY-ÖZƏL

"Bütün hallarda jurnalist bitərəf olmalı, öz qələminə, peşəsinə hörmət etməlidir". Bunu SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Onun sözlərinə görə, yəni hadisələri izləməli və gördüyünü yazmalıdır: "Jurnalistin özü mitinqə gedirsə, bu artıq jurnalistin peşə-etika qaydalarına əks mövqe sərgiləməsi deməkdir. Onların müxalifətin mitinqlərində etirazçı kimi çıxış etmələri jurnalist etikasını həddən artıq pozur. Yəni jurnalistin işi mətbuatdan və yaxud hər hansı bir hadisəndən xəbəri toplamaq, yazmaq, istehsal etmək və həmin xəbəri verməkdir. Jurnalist etika qaydaların pozurlarsa təbiidir ki, burda hiss olunur ki, jurnalist artıq bitərəf deyil, maraq dairəsi var və o maraq dairəsində də təbiidir ki, arxasında kimlərinsə əli var, izi var".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...