ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər edəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər edəcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər. SİA-nın xəbərinə görə, qrupun səfəri Ermənistandan başlayacaq. Ermənistan xarici işlər nazirinin müavini Şavaraş Koçaryan isə ATƏT həmsədrlərinin Dağlıq Qarabağ ərazisində Sahə Qiymətləndirmə Missiyası həyata keçirəcəklərini vurğulayıb.

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana aprelin 13-14-də gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə