Misirdə Hüsnü Mübarək əleyhinə etirazlar zamanı muzeydən oğurlanan beş əsər tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qədim Əsərlər Şurası bürüncdən olan kiçik heykəllərin muzeyə təhvil verildiyini açıqlayıb.
Açıqlamada etirazlar zamanı muzeydən oğurlanan 37 tarixi əsərin hələ də tapılmadığı qeyd edilib.
Qeyd edək ki, Misirdə 25 yanvar tarixindən H.Mübarəkin istefa verdiyi 11 fevrala tarixinə qədər Misir Muzeyi daxil olmaqla bir çox yerlər qarət olunub. Mədəniyyət Nazirliyinin muzeydəki əşyaları qarətdən sonra yenidən sayması zamanı məlum olub ki, bir neçə məşhur eksponat, o cümlədən də Tutanxamunun bir neçə heykəli oğurlanıb. Qəsbkarlar bu muzeyə yanvarın 28-də girmişdilər, bundan sonra ordu muzeyə nəzarəti əlinə almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB