“Bunlar birbaşa Primakovun təlimatı ilə fəaliyyət göstərən adamlar idi” RƏY-ÖZƏL
“20 Yanvar faciəsi ərəfəsi AXC rəhbərliyi Moskvanın məkrli planlarından xəbərdar olublar”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, 1989-cu ilin hələ dekabr ayında İsa Qəmbər şəxsən mənə dedi ki, 5-10 günə nə lazımdı olacaq və bəzi adamlar var bunlar aradan götürüləcək, amma biz istəmirik Əbülfəz bəydə burda ilişsin, ona görə də, Əbülfəz bəyi burdan qurtarmaq, xilas etmək lazımdır və ardınca başqa məsələlər, söhbətlər oldu: “Bu faktdır ki, bu adamlar əvvəlcədən bu işi bilirdi, təkcə bilirdi yox, hətta bütün qüvvələri konkret olaraq mən ad çəkəcəm, Nemət Pənahlı Azərbaycan Xalq Cəbhəsi idarə heyətinin üzvü idi. Yəni Azərbaycan Xalq Cəbhəsi idarə heyəti təcili yalançı bir qurultay çağırdı və Nemət Pənahlını AXC üzvlüyündən çıxardılar. Bu nə məqsəd güdürdü, bu birbaşa aldıqları sifariş idi ki, çılğın, davakar N.Pənahlının daha da çılğınlaşdırsınlar, qıcıqlandırsınlar. Nəticədə vəziyyəti qarışdırmaq üçün N.Pənahlı bir az da artıq fəaliyyətə keçsin. Çünki N.Pənahlının qarşısını ala bilmirdilər, gənc idi, cavan idi, həddən artıqda da cılğın idi və bütün bunlarında hamısı birbaşa xidmət edirdi məhz Moskvanın Bakıda keçirəcək bu qırğına. Bundan mən çox faktlar sadalaya bilərəm. Konkret olaraq, Azərbaycan Xalq Cəbhəsi hələ yaradılanda bizə məlum oldu ki, başda İsa Qəmbər olmaqla, digərləri birbaşa Primakovun təlimatı ilə fəaliyyət göstərən adamlardır. Bunların bir məqsədi vardı, Moskvanın Bakıda ki, bütün sifarişlərini yerinə yetirmək həyata keçirmək o cümlədən Bakıda Azərbaycanın azadlıq uğurunda mübarizəyə qalxan xalqın gözünü qırmaq məqsəd ilə belə bir qırğın törədilməsi də planlaşdırılmışdır və bu qırğına şərait yaratmaq üçün məhz İsa Qəmbərdən, Arif Hacılıdan, Pənah Hüseynlidən, Tofiq Qasımovdan, Hikmət Hacızadədən, və digərlərindən istifadə etdilər. Ona görə də, onların bu gün belə bir aksiya keçirtməyi planlaşdırmaları nəyin ki, özlərini sığortalamaq sadəcə olaraq, özlərini cəmiyyətin gözündə guya bu hadisənin törədilməsinə qarşı olduqlarını göstərmək istəyi dayanır. Ancaq bu uğursuz cəddir. Bunlar hadisənin törədilməsində iştirak etmiş və qırğına şərait yaradan adamlar olublar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB