Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir
Ermənistan ordusunun bölmələri martın 24-də saat 14.15-dən 14.20-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini, saat 15.20-dən 15.30-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 20.45-dən 20.50-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 25-də saat 01.45-dən 01.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə